51 yaşlı müğənni Cennifer Lopeslə 48 yaşlı Ben Afflek münasibətlərini ciddiləşdirmək qərarına gəlib.
Bizim.Media xəbər verir ki, cütlük birlikdə yaşamaq qərarına gəliblər. Bunun üçün müğənni və aktyor Los-Ancelesdə ev axtarır.
Lopes və Afflek dəyəri 65 milyon dollar olan villaya baxıblar. 3 min kvadratmetr böyüklüyündə olan evdə 8 yataq, 12 vanna və boulinq otağı var.
Hər gün bir yerdə olan məşhur cütlük bundan sonra övladları ilə eyni evdə yaşamaq istəyir. Mənbənin bildirdiyinə görə, Ben Lopesə evlilik təklifi etməyə hazırlaşır.(axşam.az)
Bizim.Media