Rusiyanın Tomsk vilayətində radarlardan itən An-28 sərnişin təyyarəsi tapılıb.
Bizim.Media “TASS”a istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, Moskva vaxtı ilə 14:36-da təyyarənin sərt eniş etdiyi yer müəyyən olunub.
Sərnişinlərin təxliyəsi üçün artıq “Mi-8” helikopteri xilasedicilərlə əraziyə enib. Təyyarənin heyəti və sərnişinlər arasında zərərçəkən yoxdur.
Xatırladaq ki, An-28 ilə əlaqə kəsilib və daha sonra təyyarənin qəza mayakı işə düşüb.
***
Rusiyanın Tomsk vilayətində göyərtəsində 13-17 nəfər olan “An-28” təyyarəsi radardan itib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Aviasiya xidməti məlumat yayıb.
Məlumata görə, təyyarənin göyərtəsindəki sərnişinlərin sayı 13-dən 17-dəkdir. Onlardan 4-ü uşaqdır.
Bizim.Media