Gürcüstanın Rustavi şəhərində iki dosta geyim tərzinə görə hücum edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Bildirilib ki, oğlanlardan biri çətir götürdüyünə, digəri isə uzun saç saxladığına görə hücuma məruz qalıblar. Gənclərdən biri ölüb.
Digəri isə xəstəxanaya yerləşdirilib. Həkimlərin rəyinə görə, o müxtəlif dərəcəli xəsarətlər alıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media