Samsunda Yasemin Çitil adlı qadın həyat yoldaşı - Xüsusi Hərəkat polisi Emrullah Çitili güllələyib.
Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisəyə səbəb ərlə arvad arasında mübahisə olub. Sonra qadın ərinə iki dəfə güllə açıb.
Məlumata görə, Emrullah Çitil xəstəxanaya çatdırılsa da orada dünyasını dəyişib.
Qadın isə "buna layiq idi" deməklə hər kəsi şoka salıb.
Bizim.Media