Ukrayna Silahlı Qüvvələrinin Hərbi-Dəniz Qüvvələri Türkiyədən ilk “Bayraktar TB2” zərbə PUA kompleksini alıb.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hazırda kompleksin yekun təhvil-təslim sınaqaları həyata keçirilir:
“Yüksək dəqiqliyə malik vasitələrlə Qara və Azov dənizləri akvatoriyasında və sahillərində effektiv müşahidə və mühafizəni təmin edəcək, düşmənin suüstü və yerüstü obyektlərini məhv etmək imkanı əldə edəcəyik”,- qeyd edilir.
Bizim.Media