Dünya ölkələri COVID-19 pandemiyasının yeni, üçüncü dalğasının başlanğıcındadır.
Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus deyib.
“Dünyada həm yoluxma, həm də ölüm hallarında artım var. Yoluxmanın artmasının əsas amillərindən biri "delta plus" ştammının yayılmasıdır”- deyə o qeyd edib.
Baş direktorun sözlərinə görə, koronavirusdan ölüm halları 10 həftə davam edən azalmadan sonra ilk dəfə artmağa başlayıb.
Bizim.Media