Türkiyədə toy etməyə hazırlaşan gənclər ağır qəzaya düşüblər.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, xına mərasimindən qayıdan 32 yaşlı Mutlu Varol və 25 yaşlı Seren Daşdemir ağır yol qəzası keçiriblər.
Qəza nəticəsində Mutlu Varol dünyasını dəyişib. Nişanlısı Seren Daşdəmir, 22 yaşlı Qaye Daşdemir, 42 yaşlı Bircan Daşdemir ağır yaralanıblar.
Yaralılar xəstəxanaya yerləşdirib. Seren Daşdemirin vəziyyətinin ağır olduğu bildirilir.
Bizim.Media
