Türkiyədə Rize bölgəsinin Muradiyyə və Ardeşen rayonunu sel basıb.
Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, fasiləsiz leysan yağışlardan sonra çay daşqınları baş verib. Kənd yolları bağlanıb, yaşayış yerləri və zirzəmiləri su basıb, bəzi evlər uçub.
Sel zamanı 2 nəfər ölüb, 3 nəfər isə itkin düşüb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə daxili işlər naziri Süleyman Soylu, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, ətraf mühit və şəhərsalma naziri Murat Kurum əraziyə gedərək araşdırma aparırlar.
Bizim.Media