Fransa Prezidenti Emmanuel Makron Ermənistana səfər edəcək.
Bizim.Media “Sputnik Armenia”ya istinadla xəbər verir ki,bu barədə baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Fransanın İrəvandakı səfiri Conatan Lakottla görüşdə bildirib.
Paşinyan Ermənistan-Fransa əlaqələrinin inkişafına və möhkəmlənməsinə öz töhfəsini verəcək bu səfərin yaxın gələcəkdə baş tutacağını qeyd edib.
Bizim.Media