Bu gün Tel-Əviv şəhərində BƏƏ-nin İsraildəki səfirliyinin açılışı olub.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, açılışda İsrailin yeni Prezidenti İshaq Hersoq iştirak edib.
O, bildirib ki, BƏƏ-nin İsraildə səfirliyinin açılması kimi tarixi bir hadisədə iştirak etdiyindən çox məmnundur:
“Biz mümkünsüzlüyü mümkünə çevirdik”, - o bildirib.
Qeyd edək ki, iyun ayında İsrailin Əbu-Dabi şəhərində səfirliyi və Dubay şəhərində konsulluğu açılıb.
Bizim.Media