“Taliban” qruplaşması Əfqanıstanla Pakistan sərhəddində Spin-Boldak keçid-buraxılış məntəqəsini ələ keçirib.
Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə “Taliban” özü məlumat yayıb.
Bildirilib ki, keçid-buraxılış məntəqəsi ticarət əlaqələri baxımından strateji məntəqə sayılır.
Qeyd edək ki, ABŞ və NATO qoşunlarını Əfqanıstandan çıxarır. "Taliban" qruplaşması isə ölkə ərazisinin 85 faizinə nəzarət etdiyini iddia edir.
Bizim.Media