Kubanın bir sıra şəhərlərində diktaturaya və kommunistlərin hakimiyyətinə qarşı etiraz aksiyaları keçirilir.
Bizim.Media “Reuters”ə istinadla xəbər verir ki, aksiyada “Rədd olsun diktatura!”, “Biz qorxmuruq!” kimi şüarlar səsləndirilib.
Kuba prezidenti Miqel Dias-Kanel iğtişaşları qızışdırmaqda ABŞ-ı ittiham edib. Onun sözlərinə görə, inqilabı müdafiə etməyin vaxtı çatıb.
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan isə nümayişçiləri dəstəklədiklərini bildirib.
Qeyd edək ki, Kubada sonuncu dəfə etiraz aksiyaları 30 il əvvəl keçirilib.
Bizim.Media