Moldova Prezidenti Maya Sandunun "Hərəkət və Həmrəylik" Partiyası parlament seçkilərində səslərin 52,53 %-ni toplayıb.
Bizim.Media TASS-yə istinadla xəbər verir ki, ikinci yerdə 27,36 % səslə Kommunist və Sosialistlərin Seçki Bloku dayanır.
Şora Partiyası isə 5,78 % səs toplayıb. Büttenlərin emalı rəsmən tamamlanmasa da, kommissiyanın məlumatına görə, parlamentdəki 101 mandatdan əksəriyyətini M.Sandunun rəhbərlik etdiyi partiya qazanıb.
Bizim.Media