Bu gün İstanbul hava limanında qeyri-adi hadisə yaşanıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Haber Global” televiziyası yayıb.
Mənbə bildirir ki, minlərcə çəyirtkə aeroportun uçuş-eniş zolaqlarından birini istila edib.
Sürü əraziyə çəyirtkələrlə qidalanan çox sayda qağayıların toplaşmasına da səbəb olub.
Aparılan dərmanlama işlərindən sonra çəyirtkələrin bir qismi ölüb, qalanları isə hava limanından uzaqlaşıb.
Bizim.Media