Koronavirusun yayılması ilə mübarizə üzrə əməliyyat qərargahının jurnalistlərə verdiyi məlumata görə, son gün ərzində Rusiyada 749 nəfər COVID-19-dan ölüb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.
"Son 24 saat ərzində 749 ölüm təsdiqlənib. Bütün dövr ərzində Rusiyada 143 002 nəfər dünyasını dəyişib". Mesajda belə deyilir.
Xüsusilə Moskvada son gündə 110, Sankt-Peterburqda - 102, Nijni Novqorod vilayətində 29 nəfər ölüb.
Bizim.Media