TikTok sosial şəbəkəsi avtomatik olaraq qadağan olunmuş (çılpaq bədənlər, pornoqrafiya və zorakılıq səhnələri) videoları axtaracaq və siləcək.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “rbc.ru” saytında yer alıb.
Mənbə yazır ki. bu, moderatorların yükünü azaldacaq.
Şirkət TikTok-un qısa video xidmətinin məzmun moderasiya sistemini dəyişdirəcəyini deyib.
Sistem belə video (açıq-saçıq, seks səhnələri, zorakılıq, qanunsuz fəaliyyət və qadağan olunmuş məhsullar) aşkar edərsə siləcək, səbəbləri isə dərhal video yükləyən istifadəçiyə göndəriləcək.
Nəşrin müəllifi apellyasiya şikayəti verə bilmək hüququna sahibdir.
Bizim.Media