Bu gün Bolqarıstanda növbədənkənar parlament seçkilərinə start verilib.
Bizim.Media xəbər verir, bu haqda məlumat TASS agentliyində yer alıb.
Mənbə yazır ki, seçkidə 6,7 milyon seçici səs verməlidir.
Saat 7-də başlayan seçkidə 13 minə yaxın seçki məntəqəsi fəaliyyətə başlayıb.
Xatırladaq ki, ölkədə 4 apreldə baş tutan parlament seçkilərinin nəticələrinə əsasən 3 siyasi partiya parlamentdə daha çox yer tutub.
Nəticədə hökumət formalaşdırılmayıb, ölkə lideri Rumen Radev 11 iyulda parlamentə növbədənkənar parlament seçkilərin keçirilməsi barədə qərar çıxarıb.
Bizim.Media
