Rusiyada “Covid 19” virusu səbəbilə ölənlərin sayında rekord göstərici qeydə alınıb.
Bizim.Media “ria”-ya istinadən xəbər verir ki, ölkədə son sutka ərzində virusa yoluxmuş 752 insan həyatını itirib.
Ümumilikdə isə, Rusiyada pandemiya səbəbindən dünyasını dəyişənlərin sayı 142.253 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusdan ölənlərin sayına görə 4-cü, ümumi yoluxmalar üzrə isə dünya üzrə 5-ci yerdə qərarlaşıb.
Murad Əhmədov, Bizim.Media