“Azərbaycanın sülhməramlılar tərkibində Əfqanıstanda 120 hərbçisi var. Nə qədər gec deyil hərbçilərimiz oradan çıxmalıdır”
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, məsələ ilə bağlı hökumətə müraciət edilməlidir:
“ABŞ ərazidən çıxdıqdan sonra “Taliban” hərəkatı rəsmi əfqan hökumətinin nəzarətində olan əraziləri bir-bir ələ keçirir. Orada islam respublikası qurmaq istəyirlər. Əhali bunu istəyir. Xalqa imkan vermək lazımdır ki, təbii inkişaf yolu ilə getsin”.
Bizim.Media