“Bizim məqsədimiz bütün Əfqanıstana Allahlıq, hökmranlıq etmək deyil. Dialoq yolu ilə özünü və ərazilərini qoruya bilən müstəqil və azad islam dövlət sistemi yaratmaq istəyirik”.
Bizim.Media xəbər verir ki, bu barədə Taliban hərəkatından “RİA Novosti”yə bildiriblər.
Digər məlumatda deyilir ki, taliblər qadın hüquq, təhsil və zərif cinsin işlə təminatına da söz verirlər ki, hər şey islam qaydaları ilə təmin olunacaq.
Xatırladaq ki, 2010-cu ildə 17 yaşlı Bibi Ayşinin evdən qaçdığına görə, ərinin qohumlarlı tərəfindən kəsib-doğramalara (burnunu və qulaqlarını kəsmişdilər) məruz qalması dünyada səs-küy yaratmışdı. Müxtəlif Amerika jurnalları hadisədə Talibanı günahlandırsalar da, taliblər ittihamı təkzib etmişdilər.
Bizim.Media