“Dörd milyon insan COVID-19-dan ölüb. Pandemiyanı məğlub etmək üçün hələ çox yolumuz var”.
Bizim.Media “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu fikirləri BMT Baş katibi Antonio Quterreş deyib.
Baş katib bildirb ki, virusun yyayılması peyvəndi üstələyib:
“Daha çox miqdarda vaksinlə, daha çox həmrəyliklə və sürətlə hərəkət etməliyik”.
Quterreş yeni qlobal peyvənd planı hazırlamağa - peyvənd istehsalının ən azı iki qat artırılması və bərabər paylanmasının təmin edilməsinə çağırıb.
Bizim.Media