“Çərşənbə günü iqamətgahına hücum nəticəsində ölümcül yaralanan Haiti Prezidenti Jovenel Moizin qatilləri tutulub”.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi ölkənin rabitə naziri Franz Eksanthusa istinadən yayıb.
O, bu haqda “Twitter” səhifəsində paylaşım edib. Haitinin ABŞ-dakı səfiri də məlumatı təsdiqlib: “Hazırda onlar dindirilir”.
Ehtimala görə, sui-qəsdin təşəbbüskarı Haitidəki narkotik satıcılarıdır.
Qeyd edək ki, J.Moiz 7 fevral 2017-ci il tarixindən prezident vəzifəsini icra edirdi.
Bizim.Media