İsrailin yeni Prezidenti İshak Hersoqun bu gün Knessetdə (parlament) andiçmə mərasimi keçirilib.
Bizim.Media-nın məlumatına görə, yeni Preziden mərasimdən sonra andiçmə mətnini imzalayıb.
Qeyd edək ki, İ. Hersoq bu il iyunun 2-də Knessetdə deputatların səsverməsindən sonra Prezident seçilib.
O bu postda Reuven Rivlini əvəzləyib.
İsraildə Prezident səlahəiyətlərinin 7 illik müddəti var . Dövlət başçısı vəzifəsi iki dəfə icra edilə bilməz.
Prezidenti vəzifədən ancaq parlament kənarlaşdıra bilər. Bunun üçün deputatların 3/4-ü onun impiçmentinin lehinə səs verməlidir.
Bizim.Media