Silahlı hücumda öldürülən Haiti prezidenti Jovenel Moizin həyat yoldaşı Martin Mari Etyen Jozef aldığı yaralardan dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “TeleSur” nəşri yayıb.
Bundan əvvəl Haiti prezidentinin ötən gecə şəxsi iqamətgahına edilən hücum nəticəsində öldürüldüyü məlum olmuşdu.
Ölkənin Baş naziri Klod Jozefin dediyinə görə, hücum bəziləri ispan dilində danışan bir qrup şəxs tərəfindən həyata keçirilib.
Haitidə rəsmi olaraq iki dövlət dili var: fransız və kreol.
Hücum zamanı ölkənin birinci xanımı da yaralanmışdı. Həkimlər onun həyatı üçün mübarizə aparırdılar.
Bizim.Media