İtaliyalı müğənni və aktrisa Rafaella Karra 78 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Corriere della Sera” nəşri yayıb.
Mənbə yazır ki, o, sadə bir taxta tabutda dəfn edilməsini vəsiyyət edib. Müğənninin hansı xəstəlikdən əziyyət çəkdiyi açıqlanmır.
Qeyd edək ki, Rafaella Karra 1970-ci illərdə populyarlaşıb.
Bizim.Media