Bizim.Media bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Rusiya Federal Agentliyin saytında yer alan məlumata görə, "EpiVacCoorona-N" koronavirusuna qarşı yeni rus peyvəndi “AURORA-CoV” ticarət nişanı qeydiyyata alınıb.
Dərman "Vektor" Novosibirsk Dövlət Viroloji və Biotexnologiya Elmi Mərkəzi tərəfindən hazırlanıb. Dərman hələ Rusiyada istifadə üçün lazımi tənzimləmə təsdiqini almayıb.
"AURORA-CoV” ticarət nişanının hazırda klinik sınaqlardan keçən EpiVacCorona peyvəndinin (EpiVacCorona-N) yeni nəslinin adı olaraq istifadə ediləcəyi ehtimal edilir. Aktiv maddələr hər iki dərman üçün eynidır.
EpiVacCorona, 2020-ci ilin oktyabrında Rusiyada qeydiyyatdan keçib.
Koronavirusun S-zülalının süni şəkildə sintez edilmiş parçaları əsasında yaradılıb. Yeni peyvəndin üç komponentdən ibarət olacağı ehtimal olunur. Tətbiqi arasındakı fasilələr 21 ilə 60 gün olacaq.
Alçina Amilqızı, Bizim.Media