Gürcüstanda SEÇKİ MÜƏMMASI – Soydaşlarımızın yaşadığı bölgələrdən niyə gürcülər namizəd GÖSTƏRİLİR?

Oktyabrın 4-də Gürcüstanda yerli özünü idarəetmə orqanlarına - Bələdiyyələrə seçkilər keçiriləcək. Səsvermə günü yaxınlaşdıqca qonşu ölkədə gərginlik artır.

Təsadüfi deyil ki, bütün seçkilər dövründə Gürcüstanda ciddi qarşıdurmalar olur. Yada salaq ki, ötən ilin oktyabrında keçirilən parlament seçkilərində ölkədə vəziyyət vətəndaş qarşıdurması həddinə qədər inkişaf etmişdi. Lakin son nəticədə “Gürcü arzusu” partiyası parlamentdə səs çoxluğunu təmin etdi. 

Bununla belə həmin günlərdə ölkədə vəziyyət kifayət qədər gərginləşmişdi. Xarici qüvvələrin təşkilatçılığı ilə QHT, media nümayəndələri açıq şəkildə hökümətin istefasını tələb edirdi. Lakin bütün təzyiqlərə, təxribatlara baxmayaraq nəticə dəyişmədi və bir müddət sonra vəziyyət yenidən sabitləşdi.

Bu günlərdə isə vəziyyət yenidən gərginləşib.

Tiflisin küçələri hər gün etirazçılarla dolur. Hədəfsə 4 oktyabrda müxalifətin qələbəsini təmin etmək və son nəticədə “Gürcü arzusu”nun 13 illik hakimiyyətinə son verməkdir. Bunun üçün etirazçılar bütün vasitələrdən istifadə etməyə çalışırlar. Məsələn, “Rustaveli prospekti” hərəkatının lideri Paata Burçuladze hələ bir müddət əvvəl seçkilərdə Gürcüstandakı mövcud hakimiyyəti devirməyə söz verib:

“Oktyabrın 4-ü saat 16:00-da Respublika Meydanına toplaşacağıq, iqtidarın ələ keçirdiyi ölkəni geri alacağıq. 4 oktyabr təkcə etiraz günü deyil, tarixi qələbə günü olacaq”.

Bundan başqa vaxtilə hakim partiya olan “Vahid Milli Hərəkat”ın keçmiş sədri Levan Xabeişvili xalqı “dinc inqilaba” çağırıb.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə ötən gün bəyan edib ki, müxalifət işimizi asanlaşdırdı, bələdiyyə seçkilərində qalib gələcəyik.

O bildirib ki, aparılan sorğular hakim partiyanın bütün bələdiyyələrdə qələbəsini təsdiqləyir:

"Məqsədimiz 64/64 nəticədir. Praktiki olaraq bu nəticənin əldə olunacağına zəmanət verilib. Biz 64 bələdiyyənin hamısında həm mer, həm də şəhər şurası seçkilərində qalib gəlmək niyyətindəyik və sorğular da bunu bir daha sübut edir".

Baş nazirin sözlərinə görə, müxalifətin seçkiyə yanaşması iqtidarın işini daha da asanlaşdırıb:

"Müxalifət öz taktikası ilə işimizi çox asanlaşdırdı. İstər seçkidə iştirak etməyən iki partiya, istərsə də iştirak edən digər iki partiya bizim üçün ideal mənzərə yaradıb. Ona görə də 64 bələdiyyənin hamısında çox asanlıqla qalib gələcəyik".

Kobaxidze vurğulayıb ki, hökumət seçkilərdə qələbəyə tam əmindir və bunun üçün bütün şərtlər mövcuddur.

Təbii ki, Gürcüstandakı seçkilər və onun nəticələri qonşu dövlət kimi bizi də çox maraqlandırır. Digər tərəfdən Gürcüstanda yarım milyondan artıq soydaşımız yaşayır. Keçirilən hər bir seçki onların da həyatında mühüm rol oynayır.

Bəs soydaşlarımızın bu seçkilərdə aktivliyi hansı səviyyədədir?

Nəzərə alaq ki, Borçalı bölgəsində yaşayanların tam əksəriyyəti soydaşlarımızdır. İki rayonda - Marneuli və Bolnisidə soydaşlarımız daha çox cəmləşib. Lakin seçki prosesində Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı təəssüfedici məqamlar ortaya çıxıb. Belə ki, əsasən hakim “Gürcü Arzusu” partiyasının irəli sürdüyü namizədlər sırasında demək olar ki, soydaşlarımız yox dərəcəsindədir. Əvəzində ermənilər gürcülərlə yanaşı çoxluq təşkil edirlər. Bir siyahı yayılıb ki, orada azərbaycanlıların çoxluq təşkil etdiyi bölgələrdə ermənilər soydaşlarımızdan qat-qat çoxdurlar.

Göründüyü kimi, 10 nəfərin siyahısında 8 erməni varsa, cəmi 1 və ya 2 də azərbaycanlı var. Bu hal bütün bölgələr üzrə namizədlərdən ibarət siyahıların hər birində özünü göstərir. Bu da Azərbaycan tərəfdə etiraz doğurmaya bilməz. Çünki Azərbaycan bir qonşu və dost ölkə olaraq hər zaman Gürcüstanın yanında olub. Bu gün Gürcüstanın ayaqda qalmasının səbəbkarlarından biri Azərbaycandır. Azərbaycanın moderatoru olduğu bir sıra layihələrin iştirakçısı olduğu üçün Gürcüstan hər il yüz milyonlarla dollar qazanır. Ümumilikdə isə Gürcüstan büdcəsinin formalaşmasında ölkəmizin həyata keçirdiyi layihələrin müstəsna rolu var. Bütün bunların fonunda Gürcüstanın siyasi hakimiyyətinin soydaşlarımıza qarşı ayrı-seçkilik aparması ancaq təəssüf doğurur.

Mövzu ilə bağlı danışan tanınmış həkim, əslən Gürcüstandan olan Vaqif Qarayev təəssüflə deyir ki, azərbaycanlılara qarşı münasibət ürəkaçan deyil:

“Yaxın günlərdə bələdiyyə seçkisi olacaq. Hakim partiyanın proporsional seçki siyahısına baxıram. İlk onluqda əhalisinin əksəriyyəti erməni olan Cavaxetiyada cəmi bir gürcü var, yerdə qalan ermənidir. Əhalisinin əksəriyyəti azərbaycanlı olan Bolnisidə cəmi bir azərbaycanlı var, yerdə qalan gürcüdür!”.

Vaqif Qarayev bildirib ki, Gürcüstan hökuməti diskriminasiyaya son qoymalıdır:

“Azərbaycanlılara normal vəzifələr verməlidir. Qanunverici və seçkili orqanlarda soydaşlarımız layiqincə təmsil olunmalıdır. Ali tribunalardan səslənən dostluq, qardaşlıq şüarları öz yerində, məişətdəki belə təxribatlar yaxşı heç nə vəd etmir”.

Gürcüstanın hakim dairələri soydaşlarımıza vəzifə verməmələrini dil məsələsi ilə bağlayırlar. Guya ki, azərbaycanlıların çoxu gürcü dilini bilmir, yaxud pis bilir. Dil məsələsi bəzi hallarda insident səviyyəsinə yüksəlir. Məsələn bu günlərdə Gürcüstanın Marneuli şəhərində bələdiyyə yığıncağının (sakrebulo) sədr müavini Mamuka Giganinin oğlu azərbaycanlı yeniyetməni döyməkdə təqsirləndirilərək saxlanılıb. İnsident yeniyetmənin gürcü dilini bilməməsi səbəbindən baş verib.

Təbii ki, dil bilmədiyinə görə insanlara fiziki zorakılıq göstərmək özü bir cinayətdir.

Dövlət dilini bilmək lazımdır, amma məcburi deyil.

Bir sözlə, Gürcüstanın siyasi hakimiyyəti azərbaycanlılara qarşı münasibəti birmənalı deyil. Bunu həyatın bütün sahələrində, o cümlədən qanunverici və icra orqanlarında görmək olar. Yarım milyondan artıq soydaşımızın seçilmək hüququ lazımi səviyyədə təşkil olunmayıb. Baxmayaraq özünü demokratik ölkə adlandıran Gürcüstan Azərbaycanı hər zaman dost dövlət adlandırır. Bəs dostun dosta belə münasibət göstərməsi hansı məntiqə sığır?

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

Restoranda döyülən 32 yaşlı kişi öldü

Restoranda döyülən 32 yaşlı kişi öldü

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

End of content

No more pages to load

RADİO