Osmanlı xanədanının şahzadəsi titulunu daşıyan 24 nəfərdən biri olan Yavuz Səlim Osmanoğlu ailə həyatı qurub.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Haber Global” televiziyası yayıb.
Mənbə yazır ki, o, qida mühəndisi Damla İşıq adlı xanımla evlənib. Cütlüyün toy mərasimi İstanbulda baş tutub.
Qeyd edək ki, Yavuz Səlim sultan II Əbdülhəmidin beşinci nəsildən nəvəsi sayılır.
Bizim.Media
