Kanadanın Britaniya Columbiyası ştatında son bir həftədə yüksək temperatur səbəbindən 700-dən çox ölüm qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı ölkənin yerli mətbuatı ştatın baş məhkəmə mütəxəssisi Lisa Lapoynta istinadən yayıb.
Mənbə bildirir ki, 25 iyun - 1 iyul tarixlərində 719 nəfər günvurmadan dünyasını dəyişib.
Rekord temperatur bütün evlərin istidən yandığı kiçik Litton qəsəbəsində qeydə alınıb. Yaşayış məskəni yer üzündən tamamilə silinib.
Bizim.Media