Məşhur model və “Instagram” fenomeni Negin Mirsalehi vətəndaş nikahında yaşadığı Maurits Stibbin evlilik təklifini qəbul edib.
Bizim.Media xəbər verir ki, 15 ildən sonra münasibətlərini rəsmiləşdirməyə qərar verən cütlük minlərlə izləyicilərini bu xəbərlə sevindirib.
Bloger "İ said yes" yazılı foto paylaşaraq bu xəbəri izləyiciləri ilə bölüşüb. Onu da qeyd edək ki, İran əsilli olan Negin Mirsalehinin bu münasibətdən 1 qız övladı da var.
Bizim.Media


