İngiltərə mətbuatında Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenkonun həyat yoldaşı ilə fotoları yer alıb.
Bizim.Media xəbər verir ki, 2003-cü ildə çəkilən fotoları “The Sun” nəşrinin yenidən gündəmə gətirməsi tənqid edilib.
Nəşrdə Andrey Şevçenkonun GQ jurnalı üçün hazırkı həyat yoldaşı Kristen Paziklə birlikdə çəkdirdiyi açıq-saçıq fotoları yer alıb.
İngiltərə və Ukrayna millilərinin Avro-2020-nin 1/4 final mərhələsi çərçivəsində keçiriləcək qarşılaşması ərəfəsində bu cür materialın dərc olunması sosial şəbəkədə kəskin tənqid olub.
Bizim.Media


