Türkiyəli rejissor, ssenarist və aktyor Kartal Tibet 83 yaşında vəfat edib.
Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə aktyor Civan Canova “Instagram”da hesabında bildirib.
Qeyd edək ki, Kartal Tibet 1938-ci ildə Ankarada dünyaya gəlib. K. Tibet Ankara Universiteti Dövlət Konservatoriyasının teatr fakültəsindən məzun olub. O, 200-ə yaxın filmlə Türkiyə kinosuna töhfə verib.
Bizim.Media

