ABŞ-ın keçmiş prezidenti Donald Trampın komandası “Gettr” adlı yeni sosial şəbəkəni istifadəyə verib.
Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, yeni internet platformasına Trampın prezidentliyi dövründə baş məsləhətçisi olmuş Ceyson Miller rəhbərlik edir.
Yeni internet platformasının təsvirində deyilir ki, onun missiyası "sağlam düşüncəni" təşviq etmək, "söz azadlığını qorumaq", “sosial şəbəkələrdəki inhisarçılara qarşı mübarizə və real bazar yaratmaq"dan ibarətdir.
Trampın “Gettr”də özünə hesab açıb-açmayacağı hələ məlum deyil.
Bizim.Media
