Onlar son zamanlar 100 milyonluq əmlak satıblar... – İDDİA

“Ramiz Mehdiyev, Əli Həsənov, Ziya Məmmədovun özləri və yaxın ətrafı son zamanlar 100 milyonluq əmlaklar satıblar”.

Bizim.Media xəbər verir ki, bunu sosial şəbəkə hesabında hüquqşünas Aslan İsmayılov yazıb.

O, mediada muğam ustadı Alim Qasımovun villasının satışa çıxarılması ilə bağlı müzakirələrə etiraz edib: 

“Əsas məqsəd və irad da ondan ibarət idi ki, Alim Qasımov 5 milyonluq villanı hansı pullarla alıb? 

Birincisi, o villanın dəyəri deyiləndən qat-qat aşağıdır. 

İkincisi, “Alim Qasımov hansı vəzifəni tutur və hansı büdcə pulunu, yəni xalqa məxsus olanı mənimsəyib?” sualına heç kim aydınlıq gətirmədi. 

Digər tərəfdən şəhərin mərkəzində 5 ha zibilxananı təmizləyib yerində 1000-dən artıq xan çinarı, 3 min ədəd qızılgül kolu və digər bitkilər əkdim. Bu əməlimi bəyənənlərdən çox, “Aslan İsmayılov bu pulları haradan alıb?” sualları oldu. Onda da heç kim mənim hansı vəzifə tutduğumu və hansı pulları mənimsədiyimi yazmadı.
 

Ölkədə büdcə pulunu talayan, tutduğu vəzifələrdə rüşvətlə yüz milyonlar toplayanlar olub və vardır. Onların tək özlərinin yox, həm də balalarının 5 milyonluq yox, 50 milyonluq villaları, təyyarələri, obyektləri var. Bu barədə də yazırlar, ancaq onların heç biri gündəm olmur. 


Bu gün olanları demirəm, heç vəzifələrindən azad olanların əmlakları barədə də xəbərlər olur, ancaq onlar da gündəm olmur. Çox demirəm elə Ramiz Mehdiyev, Əli Həsənov, Ziya Məmmədovun özləri və yaxın ətrafı son zamanlar 100 milyonluq əmlaklar satıblar. Onların hansı gündəm olub?

Heç biri, çünki qorxurlar. Alim Qasımovu, Aslan İsmayılovu isə çarmıxa çəkmək təhlükəli deyil. Onda heç olmasa hər şeyə susun.

Bütün normal ölkələrdə ən varlı adamlar vəkillər və sənət adamları olurlar. Onların əmlakları da müzakirə mövzusu olmur. Ancaq hansısa məmurun böyük əmlakı tapılarsa, o hökmən gündəm olur.

Dəfələrlə dediyimi bir daha təkrar edirəm: Azərbaycan Xalqı öz qəhrəmanını ya dar ağacında, ya da dilənçi kimi görmək istəyir”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hikmət Hacıyev Buxaradan paylaşım edib – FOTO

Hikmət Hacıyev Buxaradan paylaşım edib – FOTO

İlham Əliyev Buxaradadır - VİDEO

İlham Əliyev Buxaradadır - VİDEO

Qəzaya düşən xalq artistinin vəziyyəti açıqlandı

Qəzaya düşən xalq artistinin vəziyyəti açıqlandı

Hər il təkrarlanan "Kəpənəklərin ölüm rəqsi"nin səbəbi bilindi – Erkəyini öldürən dişilər

Hər il təkrarlanan "Kəpənəklərin ölüm rəqsi"nin səbəbi bilindi – Erkəyini öldürən dişilər

Kolleclərə ixtisas seçiminin aparılacağı tarix məlum olub

Kolleclərə ixtisas seçiminin aparılacağı tarix məlum olub

Azərbaycan Prezidenti: “Ukrayna xalqına humanitar dəstək göstərməyə davam edəcəyik”

Azərbaycan Prezidenti: “Ukrayna xalqına humanitar dəstək göstərməyə davam edəcəyik”

5 limitlə işləriniz dayanmasın

5 limitlə işləriniz dayanmasın

İlham Əliyev Zelenskini təbrik edib

İlham Əliyev Zelenskini təbrik edib

Buxara Hava Limanı Azərbaycan Prezidentini qarşılamağa hazırlaşır – VİDEO

Buxara Hava Limanı Azərbaycan Prezidentini qarşılamağa hazırlaşır – VİDEO

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq

Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - FOTO/VİDEO

Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - FOTO/VİDEO

Aİ rəhbəri: “Ukraynaya nə dəstək lazımdırsa, veriləcək”

Aİ rəhbəri: “Ukraynaya nə dəstək lazımdırsa, veriləcək”

Ağdaşda ailə FACİƏSİ – Kişi arvadını və oğlunu BIÇAQLADI

Ağdaşda ailə FACİƏSİ – Kişi arvadını və oğlunu BIÇAQLADI

Azərbaycanda "Netflix" və "eBay" vergi uçotuna alınıb

Azərbaycanda "Netflix" və "eBay" vergi uçotuna alınıb

Prezident bu gün Buxaraya gedəcək — VİDEO

Prezident bu gün Buxaraya gedəcək — VİDEO

Azərbaycan nümayəndə heyəti Buxaranın Ark qalasında – VİDEO

Azərbaycan nümayəndə heyəti Buxaranın Ark qalasında – VİDEO

Magistr olmaq istəyənlərə ŞAD XƏBƏR - Boş qalan yerlərə qəbul elan edilir

Magistr olmaq istəyənlərə ŞAD XƏBƏR - Boş qalan yerlərə qəbul elan edilir

Yumurta yeyəndə qaraciyərdə nə baş verir?

Yumurta yeyəndə qaraciyərdə nə baş verir?

Evini yandırmazdan öncə balta ilə mətbəxi DAĞITDI - VİDEO

Evini yandırmazdan öncə balta ilə mətbəxi DAĞITDI - VİDEO

"Uzak Şehir"in məşhur aktrisası paraşütlə həyəcan yaşatdı

"Uzak Şehir"in məşhur aktrisası paraşütlə həyəcan yaşatdı

Deputatlarımız Qazaxıstandakı seçki prosesini izləyiblər - FOTO

Deputatlarımız Qazaxıstandakı seçki prosesini izləyiblər - FOTO

Azərbaycanla Özbəkistanın şəhərləri də qardaşlaşır - SİYAHI

Azərbaycanla Özbəkistanın şəhərləri də qardaşlaşır - SİYAHI

Rubl bahalaşdı, avro ucuzlaşdı

Rubl bahalaşdı, avro ucuzlaşdı

Xırdalanda maşın yandı - VİDEO

Xırdalanda maşın yandı - VİDEO

End of content

No more pages to load

RADİO