Putin Soçidə olarkən Ukrayna dronları şəhərə hücum edib?

Sentyabrın 9-na keçən gecə Ukrayna pilotsuz uçuş aparatları Soçiyə hücum həyata keçirib.

Rusiya mətbuatı ehtimal edir ki, hücum zamanı Rusiya prezidenti Vladimir Putin “Boçarov Ruçey” rezidensiyasında olub.

Jurnalistlərin qeyd etdiyinə görə, dövlət başçısının Soçidə olması ehtimalı böyükdür, çünki o, bir gün əvvəl BRİKS liderlərinin fövqəladə görüşündə videobağlantı ilə iştirak etmişdi.

Flightradar24-ün məlumatına görə, hücumdan bir neçə saat öncə Soçi hava limanına RA-96024 bort nömrəli İl-96-300PU eniş edib.

Bizim.Media xəbər verir ki, bu təyyarədən Putin vaxtilə ABŞ prezidenti Donald Trampla görüşə uçmaq üçün istifadə etmişdi.

Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev açıqlayıb ki, dron qalıqlarının dəydiyi avtomobilin sürücüsü həlak olub. Gecə ərzində şəhərdə üç dəfə hava həyəcanı elan olunub, hava limanının işi isə 30 dəqiqədən artıq müddətə dayandırılıb. Rusiya Müdafiə Nazirliyi bildirib ki, həmin gecə iki pilotsuz aparat Krasnodar ərazisində, daha 15-i isə Qara dəniz üzərində məhv edilib.

Prezidentin mətbuat katibi Dmitri Peskov isə vurğulayıb ki, baş verənlər ölkə rəhbərinin iş rejiminə təsir etməyib:

“Prezidentin qrafiki dəyişməyib, bütün planlaşdırılan tədbirlər əvvəlcədən nəzərdə tutulduğu kimi həyata keçirilir”, — deyə Kremlin rəsmisi qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hikmət Hacıyev Buxaradan paylaşım edib – FOTO

Hikmət Hacıyev Buxaradan paylaşım edib – FOTO

İlham Əliyev Buxaradadır - VİDEO

İlham Əliyev Buxaradadır - VİDEO

Qəzaya düşən xalq artistinin vəziyyəti açıqlandı

Qəzaya düşən xalq artistinin vəziyyəti açıqlandı

Hər il təkrarlanan "Kəpənəklərin ölüm rəqsi"nin səbəbi bilindi – Erkəyini öldürən dişilər

Hər il təkrarlanan "Kəpənəklərin ölüm rəqsi"nin səbəbi bilindi – Erkəyini öldürən dişilər

Kolleclərə ixtisas seçiminin aparılacağı tarix məlum olub

Kolleclərə ixtisas seçiminin aparılacağı tarix məlum olub

Azərbaycan Prezidenti: “Ukrayna xalqına humanitar dəstək göstərməyə davam edəcəyik”

Azərbaycan Prezidenti: “Ukrayna xalqına humanitar dəstək göstərməyə davam edəcəyik”

5 limitlə işləriniz dayanmasın

5 limitlə işləriniz dayanmasın

İlham Əliyev Zelenskini təbrik edib

İlham Əliyev Zelenskini təbrik edib

Buxara Hava Limanı Azərbaycan Prezidentini qarşılamağa hazırlaşır – VİDEO

Buxara Hava Limanı Azərbaycan Prezidentini qarşılamağa hazırlaşır – VİDEO

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq

Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - FOTO/VİDEO

Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - FOTO/VİDEO

Aİ rəhbəri: “Ukraynaya nə dəstək lazımdırsa, veriləcək”

Aİ rəhbəri: “Ukraynaya nə dəstək lazımdırsa, veriləcək”

Ağdaşda ailə FACİƏSİ – Kişi arvadını və oğlunu BIÇAQLADI

Ağdaşda ailə FACİƏSİ – Kişi arvadını və oğlunu BIÇAQLADI

Azərbaycanda "Netflix" və "eBay" vergi uçotuna alınıb

Azərbaycanda "Netflix" və "eBay" vergi uçotuna alınıb

Prezident bu gün Buxaraya gedəcək — VİDEO

Prezident bu gün Buxaraya gedəcək — VİDEO

Azərbaycan nümayəndə heyəti Buxaranın Ark qalasında – VİDEO

Azərbaycan nümayəndə heyəti Buxaranın Ark qalasında – VİDEO

Magistr olmaq istəyənlərə ŞAD XƏBƏR - Boş qalan yerlərə qəbul elan edilir

Magistr olmaq istəyənlərə ŞAD XƏBƏR - Boş qalan yerlərə qəbul elan edilir

Yumurta yeyəndə qaraciyərdə nə baş verir?

Yumurta yeyəndə qaraciyərdə nə baş verir?

Evini yandırmazdan öncə balta ilə mətbəxi DAĞITDI - VİDEO

Evini yandırmazdan öncə balta ilə mətbəxi DAĞITDI - VİDEO

"Uzak Şehir"in məşhur aktrisası paraşütlə həyəcan yaşatdı

"Uzak Şehir"in məşhur aktrisası paraşütlə həyəcan yaşatdı

Deputatlarımız Qazaxıstandakı seçki prosesini izləyiblər - FOTO

Deputatlarımız Qazaxıstandakı seçki prosesini izləyiblər - FOTO

Azərbaycanla Özbəkistanın şəhərləri də qardaşlaşır - SİYAHI

Azərbaycanla Özbəkistanın şəhərləri də qardaşlaşır - SİYAHI

Rubl bahalaşdı, avro ucuzlaşdı

Rubl bahalaşdı, avro ucuzlaşdı

Xırdalanda maşın yandı - VİDEO

Xırdalanda maşın yandı - VİDEO

End of content

No more pages to load

RADİO