Çin–Avropa Dəmiryol Ekspres marşrutu üzrə 5 il: Bakı Yivudan gələn 237-ci qatarı qarşıladı – FOTO

9 sentyabr 2025-ci il tarixində Abşeron Logistika Mərkəzində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan (TBNM) keçən Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutunun 5 illiyi və Yivu (Çin) – Bakı (Azərbaycan) qatarının qarşılanmasına həsr edilmiş tədbir keçirilib.

Bizim.Media xəbər veror ki, Tədbirdə çıxış edən Çinin Çjetszyan vilayəti qubernatorunun müavini Ke Ketszyan, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev və Çinin Azərbaycandakı səfiri Qo Min bildiriblər ki, Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutu üzrə Orta Dəhlizdən 100 konteynerdən ibarət 237-ci blok-qatarın keçməsi Çindən Avropaya uzanan nəqliyyat marşrutlarının əhəmiyyətinin və Azərbaycanın qitələri birləşdirən mühüm nəqliyyat qovşağı kimi rolunun artdığını göstərir.
 

Qeyd olunub ki, Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutu üzrə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan keçən blok-qatarla gətirilmiş konteyner yüklərin (əsasən, metal məmulatları, məişət əşyaları, elektrik avadanlıqları və digər məhsullar) Azərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına göndərilməsi təmin ediləcək.


Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutu ümumilikdə 50-dən çox ölkə, 160-dan çox şəhər və regiondan, Xəzər dənizi və Qara dənizdən, həmçinin 26 beynəlxalq nəqliyyat xəttindən keçir. Bu marşrutun çoxsaylı istiqamət və məntəqələri əhatə etməsi əməliyyatların sabitləşdirilməsinə, marşrutlar üzrə yüklənmənin qarşısının alınmasına töhfə verir. Eyni zamanda, blok-qatarların yük növlərinə dəqiq uyğunlaşdırılması nəticəsində ticarət axınının səmərəliliyi yüksəlir.

Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutu ilə 2020-ci ildən indiyə qədər ümumilikdə 14 mindən çox qatar fəaliyyət göstərib və 19 470 TEU konteyner həcmində yük göndərilib. Bu ilin yanvar-avqust aylarında göndərilmiş yükün həcmi 4182 TEU konteynerə bərabər olub.

Qeyd edək ki, ölkə rəhbərliyinin müəyyən etdiyi nəqliyyat strategiyası çərçivəsində Azərbaycan tranzit ölkə statusunu möhkəmləndirir, dəmir yolunun ölkənin iqtisadi və geosiyasi xəritəsində rolu daha da artır. Orta Dəhlizin mühüm seqmentlərindən olan Bakı–Tbilisi–Qars (BTQ) xəttinin yükötürmə qabiliyyətinin illik 5 milyon tonadək artırılması və Bakı Limanının dəmir yollarına inteqrasiyası kimi layihələr bir-birini tamamlayaraq Azərbaycanı Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat qovşağına çevirir.
 

Son dövrlərdə Çinlə Azərbaycan arasında nəqliyyat, xüsusilə dəmir yolları ilə daşımalar sahəsində münasibətlər genişlənməyə davam edir. İyul ayında ADY və “Çin Dəmir Yolları” Dövlət Korporasiyası arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin potensialının artırılmasına dair razılığın əldə olunması, Sian Limanında ADY nümayəndəsinin təyin edilməsi və illik yükaşırma gücü 20 000 TEU olan konteyner meydançasının açılması, ötən ay isə Çinin “China Railway Container Transport Corp. Ltd.” (CRCT) şirkətinin “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulması iki ölkənin səmərəli əməkdaşlığının Orta Dəhlizin inkişafı və Şərq-Qərb-Şərq daşımaları baxımından əhəmiyyətini bir daha nümayiş etdirir.


Görülən işlərin nəticəsi statistik göstəricilərdə də öz əksini tapıb. Belə ki, 2025-ci ilin avqustunda Azərbaycan Orta Dəhlizlə Çindən 40 blok-qatar qəbul edib. Bu il ərzində ümumilikdə 265 qatar qəbul edilib ki, bunlardan 104-ü tranzit qatarıdır. Ötən ilin analoji dövründə qəbul edilmiş qatarların sayı 168 olub. Bakı Limanında isə 2025-ci ilin 8 ayı ərzində 70 min TEU-ya yaxın konteyner aşırılıb. Bu, ötən ilin analoji dövrünün göstəricisi (47 157 TEU) ilə müqayisədə 48 faiz çoxdur. Bu onu göstərir ki, cari ildə Limanda konteyner aşırmaları 2024-cü ilin göstəricisini böyük həcmdə üstələyəcək.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Təbrizli qızın milli rəqsi İranda gündəm oldu - VİDEO

Təbrizli qızın milli rəqsi İranda gündəm oldu - VİDEO

Hikmət Hacıyev Buxaradan maraqlı paylaşım edib – FOTO

Hikmət Hacıyev Buxaradan maraqlı paylaşım edib – FOTO

İlham Əliyev Buxaradadır - VİDEO

İlham Əliyev Buxaradadır - VİDEO

Qəzaya düşən xalq artistinin vəziyyəti açıqlandı

Qəzaya düşən xalq artistinin vəziyyəti açıqlandı

Hər il təkrarlanan "Kəpənəklərin ölüm rəqsi"nin səbəbi bilindi – Erkəyini öldürən dişilər

Hər il təkrarlanan "Kəpənəklərin ölüm rəqsi"nin səbəbi bilindi – Erkəyini öldürən dişilər

Kolleclərə ixtisas seçiminin aparılacağı tarix məlum olub

Kolleclərə ixtisas seçiminin aparılacağı tarix məlum olub

Azərbaycan Prezidenti: “Ukrayna xalqına humanitar dəstək göstərməyə davam edəcəyik”

Azərbaycan Prezidenti: “Ukrayna xalqına humanitar dəstək göstərməyə davam edəcəyik”

5 limitlə işləriniz dayanmasın

5 limitlə işləriniz dayanmasın

İlham Əliyev Zelenskini təbrik edib

İlham Əliyev Zelenskini təbrik edib

Buxara Hava Limanı Azərbaycan Prezidentini qarşılamağa hazırlaşır – VİDEO

Buxara Hava Limanı Azərbaycan Prezidentini qarşılamağa hazırlaşır – VİDEO

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq

Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - FOTO/VİDEO

Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - FOTO/VİDEO

Aİ rəhbəri: “Ukraynaya nə dəstək lazımdırsa, veriləcək”

Aİ rəhbəri: “Ukraynaya nə dəstək lazımdırsa, veriləcək”

Ağdaşda ailə FACİƏSİ – Kişi arvadını və oğlunu BIÇAQLADI

Ağdaşda ailə FACİƏSİ – Kişi arvadını və oğlunu BIÇAQLADI

Azərbaycanda "Netflix" və "eBay" vergi uçotuna alınıb

Azərbaycanda "Netflix" və "eBay" vergi uçotuna alınıb

Prezident bu gün Buxaraya gedəcək — VİDEO

Prezident bu gün Buxaraya gedəcək — VİDEO

Azərbaycan nümayəndə heyəti Buxaranın Ark qalasında – VİDEO

Azərbaycan nümayəndə heyəti Buxaranın Ark qalasında – VİDEO

Magistr olmaq istəyənlərə ŞAD XƏBƏR - Boş qalan yerlərə qəbul elan edilir

Magistr olmaq istəyənlərə ŞAD XƏBƏR - Boş qalan yerlərə qəbul elan edilir

Yumurta yeyəndə qaraciyərdə nə baş verir?

Yumurta yeyəndə qaraciyərdə nə baş verir?

Evini yandırmazdan öncə balta ilə mətbəxi DAĞITDI - VİDEO

Evini yandırmazdan öncə balta ilə mətbəxi DAĞITDI - VİDEO

"Uzak Şehir"in məşhur aktrisası paraşütlə həyəcan yaşatdı

"Uzak Şehir"in məşhur aktrisası paraşütlə həyəcan yaşatdı

Deputatlarımız Qazaxıstandakı seçki prosesini izləyiblər - FOTO

Deputatlarımız Qazaxıstandakı seçki prosesini izləyiblər - FOTO

Azərbaycanla Özbəkistanın şəhərləri də qardaşlaşır - SİYAHI

Azərbaycanla Özbəkistanın şəhərləri də qardaşlaşır - SİYAHI

Rubl bahalaşdı, avro ucuzlaşdı

Rubl bahalaşdı, avro ucuzlaşdı

End of content

No more pages to load

RADİO