Çin Kommunist Partiyasının 100 illik yubileyi keçirilir

İyulun 1-də Çin Kommunist Partiyasının (ÇKP) yaranmasının 100–cü ildönümü tamam olur. 

Bizim.Media xəbər verir ki, bu münasibətlə artıq bir neçə gündür bütün Çin Xalq Respublikasında (ÇXR) yubiley mərasimləri keçirilir. Bu tədbirlərin ən əsası isə iyulun 1-də Pekindəki Tiananmen meydanında təşkil olunan təntənəli yubiley mərasimi olub. 

Ölkənin rəhbər şəxslərinin, ÇKP liderlərinin, Çinin müxtəlif əyalətlərindən gəlmiş nümayəndələrin iştirak etdikləri mərasimdə çıxış edən ÇXR-in Sədri, partiyanın baş katibi Si Cinpin Çin Xalq Respublikasının qurulması və inkişafında ÇKP-nin oynadığı roldan, ölkənin gələcək inkişafından danışıb.

Si Cinpin bildirib ki, yalnız sosializm Çini xilas edə bilib və yalnız Çin xarakterli sosializm ölkəni inkişaf etdirə bilib.

“Partiyanın birinci yüzillik dövründə Çin hər cəhətdən mötədil çiçəklənən cəmiyyətin qurulması məqsədinə çatıb”,- deyən Si Cinpin əlavə edib ki, partiyanın 2-ci yüzillik dövründə biz Çinin hər cəhətdən böyük, müasir sosialist ölkəsinə çevrilməsi hədəfinə inamla irəliləyirik. 

Xatırladaq ki, 1921-ci ildə təsis edilən Çin Kommunist Partiyası 28 illik mübarizədən sonra inqilab sayəsində hakimiyyətə gəlib və Çin Xalq Respublikası yaradılıb.

Ali orqanı 5 ildən bir keçirilən qurultay olan partiyanın Mərkəzi Komitəsi, Mərkəzi Komitənin Siyasi Bürosu, Siyasi Büronun Daimi Komitəsi fəaliyyət göstərir. Partiyanın 2017-ci ilin oktyabrında keçirilmiş 19-cu qurultayında formalaşmış Mərkəzi Komitəsinin ilk plenumunda Si Cinpin yenidən ÇKP Mərkəzi Komitəsinin baş katibi seçilib. O, hazırda həm də Çin Xalq Respublikasının Sədri, silahlı qüvvələrin ali idarəedici orqanı olan Mərkəzi Hərbi Şuranın sədridir. 

ÇKP-nin hazırda 95,1 milyon üzvü var, partiya ilk təşkilatlarının sayı isə 4,9 milyondur. ÇKP hazırda üzvlərinin sayına görə Hindistan Xalq Partiyasından sonra dünyada ikincidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Peruda təyyarə qəzaya uğradı: 13 ölü var - VİDEO

Peruda təyyarə qəzaya uğradı: 13 ölü var - VİDEO

Venesuelanın xəritəsini növbəti dəfə "51-ci ştat" yazısı ilə paylaşdı

Venesuelanın xəritəsini növbəti dəfə "51-ci ştat" yazısı ilə paylaşdı

Moskva partlayışında ölənlərin sayı 3-ə çatdı: 21 yaralı var - VİDEO

Moskva partlayışında ölənlərin sayı 3-ə çatdı: 21 yaralı var - VİDEO

Tramp İrana planlaşdırdığı hücumu dayandırdı: “Bunu məndən xahiş etdilər”

Tramp İrana planlaşdırdığı hücumu dayandırdı: “Bunu məndən xahiş etdilər”

Goranboyda AİLƏ FACİƏSİ: Ata oğlunu qətlə yetirdi

Goranboyda AİLƏ FACİƏSİ: Ata oğlunu qətlə yetirdi

Avqustun bəxtəvər 4 BÜRCÜ

Avqustun bəxtəvər 4 BÜRCÜ

Nəsrin hədiyyələrini nümayiş etdirdi - VİDEO

Nəsrin hədiyyələrini nümayiş etdirdi - VİDEO

Orqanizmin bərpası üçün neçə gün dincəlməliyik?

Orqanizmin bərpası üçün neçə gün dincəlməliyik?

İstirahət planı quranlar üçün: Rayon otellərinin qiymət siyahısı

İstirahət planı quranlar üçün: Rayon otellərinin qiymət siyahısı

Avqust ayında maqnit qasırğaları: Meteohəssas insanlar üçün təhlükəli TARİXLƏR

Avqust ayında maqnit qasırğaları: Meteohəssas insanlar üçün təhlükəli TARİXLƏR

Bu məhsulları soyuducuda SAXLAMAYIN!

Bu məhsulları soyuducuda SAXLAMAYIN!

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

End of content

No more pages to load

RADİO