Yunanıstanın Sahil Mühafizə xidməti ölkəyə daxil olmaq istəyən qaçqınlara işgəncə göstərib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 42 mühacir soyunduralaraq işgəncəyə məruz qalıb. Ardınca onlar Türkiyə tərəfinə qovulub. Qaçqınların sözlərinə görə, ac və susuz saxlanılıb.
Qovulan mühacirlər Türkiyənin Sahil Mühafizə Xidməti tərəfindən xilas edilib. Qaçqınlara qayğı göstərilib. Yunanıstan tərəfinin bu davranışı sosial media istifadəçiləri tərəfindən pislənilib.
Bizim.Media
