Moskvanın Basman məhkəməsi Dərbənd rayonunun icra başçısı Məhəmməd Cəlilovun həbsinə sanksiya verib. Məhəmməd Cəlilov iyunun 9-na qədər nəzarət altında saxlanılacaq.
xa0RİA Novosti xəbər verir ki, həbs olunan şəxs pul yeyintisi ilə bağlı 3 fakt üzrə şübhəli bilinir.xa0
İstintaq məlumatlarına əsasən, Cəlilov 2015-ci ildə vəzifəsindən sui-istifadə edərək “Qafqaz” federal magistralı ətrafında ümumi sahəsi 3 hektar olan üç torpaq sahəsini öz qohumlarına pulsuz verib.Torpağ sahəsi ümumilikdə 20 milyon rubl dəyərində qiymətləndirilir.xa0
Cəlilovun yaşadığı ünvanda və Dərbənd administrasiyasında yoxlamalar keçirilib.(oxu.az)