Türkiyədə FETÖ ilə əlaqəsi olan şəxslərə qarşı əməliyyatlar davam edir.xa0
Ötən gün İstanbul və Ankarada növbəti əməliyyat keçirilib.
FETÖ-nün xəbərləşmə vasitəsi olan “ByLock”dan istifadə edən 12 nəfər barədə həbs qərarı çıxarılıb. Polis Ankarada keçirilən əməliyyat zamanı həmin şəxslərdən 11-ini saxlayıb, bir nəfər isə qaçıb.xa0
İstanbulda isə FETÖ ilə əlaqəsi olan 51 polis və təhlükəsizlik xidməti əməkdaşı barədə saxlanılma qərarı verilib.(Qafqazinfo)