ABŞ-ın Beverli Hils şəhərində türklərə məxsus “Cafe Istanbul” restoranına hücum edən ermənilərdən biri saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Beverli Hils şəhərinin Polis Departamenti məlumat yayıb.
Federal Təhqiqat Bürosu və Los-Anceles Polis Departamentinin birgə keçirdiyi əməliyyat nəticəsində cinayətin törədilməsində şübhəli bilinən şəxslərdən biri tutulub. Həmin şəxs ötən gün səhər saatlarında Qlendeyl şəhərində aşkar edilib.

Beverli Hils Polis İdarəsinin məlumatına görə, 6-8 nəfərdən ibarət qrup hücum zamanı restoran sahiblərinə xəsarət yetirib və obyektə külli miqdarda ziyan vurub. Cinayətkarlar Azərbaycan və Türkiyə əleyhinə təhqiramiz ifadələr səsləndiriblər.
Bizim.Media