“COVID-19 yoluxmaları yenidən arta bilər”
Bizim.Media xəbər verir ki, bu barədə "BioNTech"in baş direktoru professor, koronavirus əleyhinə peyvəndi ixtira edən Uğur Şahin "Barron" jurnalına danışıb.
O bildirib ki, gələcək təhlükəyə səbəb ilk dəfə Hindistanda yayılan Delta ştammı ola bilər:
"Böyük Britaniyada insanların təxminən 50 faizi iki dozanı da vurdurub. Buna baxmayaraq, Delta ştammı hələ də yayılır. Diqqətli olmasaq, bəzi bölgələrdə dördüncü dalğa ilə qarşılaşa bilərik".
Bizim.Media