Dünya azərbaycanlıları üçün yeni platforma yaradıldı - QAN

ABŞ-ın Qarabağ Fondunun təsisçisi Adil Bağırov dünya azərbaycanlıları üçün yeni platforma istifadəyə verib.

Bizim.Media xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində məlumat verib.

O, bu barədə  İngiltərə, Kanada və Avstraliyada yaşayan soydaşlarımıza müraciət edib:

Söz verdiyim kimi, hüquqlarımız uğrunda, geniş yayılmış ayrı-seçkilik, türkofobiya və azərbaycanofobiyaya qarşı mübarizə apararaq biz daha da  gücləndik. İngiltərə, Kanada və Avstraliyada yaşayan dostlar bunu xüsusilə diqqətlə oxumalıdırlar.

Azərbaycan-Amerika icmasının siyasi müdafiəsini təşkil etmək və genişləndirmək üçün biz 2007-ci ildə USAN təşkilatını yaratdıq. (Türk problemlərini və insanlarını qorumaq üçün USTN də yaratdıq).

Səylərimiz nəticəsində sıralarımızı minlərlə fəala qədər artırdırdıq, ildə 60-a yaxın məqalə yayımlayıb, qətnamələr qəbul etdik, seçilmiş nümayəndələrlə görüşlərimiz oldu.

Digər ölkələrdəki Azərbaycan diasporları da bizdən bu cür təşkilat yaratmaq üçün kömək istəyib. Onlara hələ 2011-ci ildə köməklik göstərəcəyimizi vəd etsək də, vaxt məhdudiyyətindən bunu edə bilmədik. Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək üçün başlatdığı əks hücum əməliyyatları isə bu prosesi tezləşdirdi.

Bu zaman dünya azərbaycanlılarının səsinin yalnız ABŞ-da deyil, həmçinin bütün Qərb ölkələrində də eşidilməsi vacib oldu.

Bu ikili standartların, türkofobiya və azərbaycanofofiyanın qloballaşdığı bir vaxtda daha da lazımlı idi”, - deyə o,  müraciətdə bildirib.

Daha sonra o, bu ölkələrdə yaşayan həmvətənlərimizin hüquqlarını qorunması üçün yaradılan yeni platformanı təqdim etdiyini açıqlayıb:

“Buna görə də USAN dünya azərbaycanlıları üçün yeni bir platforma yaratmağa qərar verdi

QAN: Qlobal Azərbaycan Şəbəkəsi.

Artıq QAN vəkillik fəaliyyəti ilə yalnız ABŞ-da məşğul olmayacaq. Növbəti həftədən bu xidmət Kanada, Böyük Britaniya və Avstraliyada yaşayan azərbaycanlılar, türklər və dostlarımız da istifadə edə biləcək.

Beləliklə, ilk dəfə səsimiz ən vacib ingilis dilli dörd xarici ölkədə eşidiləcək.

Bu, dünyanın dörd əsas ölkəsində olan hər hansı bir diaspora təşkilatı üçün misilsizdir. İndiyə qədər  Kanada, Böyük Britaniya və Avstraliyada bu yox dərəcəsində idi.

Bundan əlavə, gənc nəsil üçün də özünəməxsus bir funksiyanı təqdim edirik: İndi onlar qısa video müraciət yaza bilər (TikTok və ya Instagram-da) və seçdikləri nümayəndəyə göndərə bilərlər”.

Sonda Adil Bağırov insanların QAN platforması vasitəsi ilə siyasi təmsilçilərlə əlaqə qurmağının dörd yolunu açıqlayıb:

“İndi siyasi təmsilçiləriniz QAN platformamız vasitəsi ilə mesaj və müraciətinizi eyni zamanda dörd yolla ala bilərlər:

1) elektron poçt və ya faksla olan məktublar,

2) birbaşa seçilmiş nümayəndənin tvitter səhifəsinə  mesaj yollayın  - avtomatik olaraq QAN platformamız tərəfindən sizə təqdim edilsin.

3) Telefon vasitəsilə - QAN platformamız sizə əsas telefon skriptini təqdim etməklə kifayətlənməyəcək, eyni zamanda sizi birbaşa seçdiyiniz nümayəndə ilə əlaqələndirə biləcək;

4) Video, heç kimin sahib olmadığı ən unikal vasitədir. İndi siz seçdiyiniz nümayəndə ilə əlaqə qurmaq üçün qısa videolar çəkə bilərsiniz.

QAN-ın bundan başqa variantları da olacaq və gələcəkdə yeniliklər davam edəcək.

ABŞ-da olan üzvlərimizin nəzərinə sizin edəcək yeni bir işiniz yoxdur, indiyə qədər iştirak etdiyiniz aksiyalara qoşulmağa davam edin.

Kanada, İngiltərə və Avstraliyada yaşayan vətəndaşlardan xahiş edirəm ki,  məlumatı tez yaymaq və səylərimizi genişləndirmək üçün bizimlə əlaqə saxlasınlar. Həftənin sonuna qədər bu ölkələr üçün yeni QAN Hüquq Mərkəzini təqdim edəcəyik.

Yaşadıqları ölkələrdə bu cür imkanlardan istifadə etmək istəyənlər bizə müraciət edə bilər:

[email protected]

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrana qarşı eskalasiya ABŞ-ı qlobal iqtisadi şokla üz-üzə qoya bilər

İrana qarşı eskalasiya ABŞ-ı qlobal iqtisadi şokla üz-üzə qoya bilər

İsrail ordusu Livanda 20-dən çox obyektə zərbə endirdi

İsrail ordusu Livanda 20-dən çox obyektə zərbə endirdi

Yaraları necə tez sağaltmaq olar?

Yaraları necə tez sağaltmaq olar?

Safurənin oğlunun ad günündən FOTOLAR

Safurənin oğlunun ad günündən FOTOLAR

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

Tramp: ABŞ Kuba məsələsi ilə məşğul olacaq

Tramp: ABŞ Kuba məsələsi ilə məşğul olacaq

1300 illik sirr üzə çıxdı

1300 illik sirr üzə çıxdı

Xankəndidə WUF13 festivalı keçirildi - FOTO

Xankəndidə WUF13 festivalı keçirildi - FOTO

Ukrayna Belqoroda zərbə endirdi: Yaralılar var

Ukrayna Belqoroda zərbə endirdi: Yaralılar var

Vəzifəli şəxs vəfat etdi - FOTO

Vəzifəli şəxs vəfat etdi - FOTO

“İlbiz”in “Maska”sı açıldı - VİDEO

“İlbiz”in “Maska”sı açıldı - VİDEO

Tramp: “Obama İrana yüz milyardlarla dollar verdi” - FOTO

Tramp: “Obama İrana yüz milyardlarla dollar verdi” - FOTO

Budapeştdə 12 ildən sonra ilk dəfə Avropa İttifaqının bayrağı qaldırıldı

Budapeştdə 12 ildən sonra ilk dəfə Avropa İttifaqının bayrağı qaldırıldı

Fransa Hörmüz boğazına hərbi donanma göndərməyi planlaşdırmayıb

Fransa Hörmüz boğazına hərbi donanma göndərməyi planlaşdırmayıb

Xankəndidə atəşfəşanlıq oldu - FOTO - VİDEO

Xankəndidə atəşfəşanlıq oldu - FOTO - VİDEO

Tramp: “Venesuela indi çox xoşbəxt ölkədir”

Tramp: “Venesuela indi çox xoşbəxt ölkədir”

Almanlar kütləvi şəkildə velosipedə və ictimai nəqliyyata keçir

Almanlar kütləvi şəkildə velosipedə və ictimai nəqliyyata keçir

Starmer daha 10 il hakimiyyətdə qalmaq istəyir

Starmer daha 10 il hakimiyyətdə qalmaq istəyir

Tramp: “İranın hərbi baxımdan bərpası üçün 20 il lazımdır” - VİDEO

Tramp: “İranın hərbi baxımdan bərpası üçün 20 il lazımdır” - VİDEO

Paşinyan müxalifəti hədələdi: “Qoy cəzaçəkmə müəssisəsində işləsinlər”

Paşinyan müxalifəti hədələdi: “Qoy cəzaçəkmə müəssisəsində işləsinlər”

Latviyanın müdafiə naziri dron insidentlərindən sonra istefa verdi

Latviyanın müdafiə naziri dron insidentlərindən sonra istefa verdi

BƏƏ-də məktəblər və universitetlər əyani təhsilə qayıdır

BƏƏ-də məktəblər və universitetlər əyani təhsilə qayıdır

2026-cı ildə dünyanın ən yüksək maaşlı peşələri

2026-cı ildə dünyanın ən yüksək maaşlı peşələri

"Neftçi" növbəti qələbəsini qazandı - VİDEO

"Neftçi" növbəti qələbəsini qazandı - VİDEO

End of content

No more pages to load

RADİO