Rusiyada 22 yaşlı qadın izlədiyi filmdəki xarakterdən təsirlənərək özünü vampir hesab edib və sevgilisini gecə yarısı oyadaraq ürəyindən bıçaqlayıb.
Moderator.az xəbər verir ki, qadın sosial media vasitəsi ilə tanış olduğu sevgilisi ilə birlikdə yatdığı gecə onu oyadıb və adamları vəhşicəsinə yeyən vampir obrazını çox sevdiyini deyib. Sevgilisi isə bu cür xarici qüvvələrə inanmadığını deyərək ona evinə getməsini söyləib.
xa0
Ekaterina adlı qadın mətbəxdən aldığı bıçaq ilə hamamdan çıxan sevgilisinə hücum edib, amma sevgilisi bıçağı onun əlindən alıb. Bundan sonra o başqa bir bıçaq götürərək sevgilisini ürəyindən bıçaqlayıb.
xa0
Aldığı bıçaq zərbəsindən sonra güclə evdən çıxan adam qonşularının qapısını döyərərk kömək istəyib. Qonşuların çağırdığı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılan adamın həddən artıq qan itirdiyi, lakin vəziyyətinin yaxşı olduğu bildirilib.
Kamran