"Tramp 6 milyondan çox insanın ölümünə səbəb ola bilər" - BMT-dən HƏYƏCAN TƏBİLİ

ABŞ-ın maliyyəsi olmadan HİV/AİDS pandemiyası kəskin şəkildə pisləşə bilər. Söhbət milyonlarla ölüm və yeni infeksiyalardan gedir. BMT-nin hesablamalarına görə, əgər ABŞ HİV/QİÇS proqramı üçün maliyyələşdirməni bərpa etməsə, yaxın 4 il ərzində 6,3 milyon insan ölə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) HİV/AİDS üzrə Birgə Proqramının (UNAIDS) direktoru Vinni Byanyima bildirib.

Byanyima xəbərdarlıq edib ki, dünya HİV-də "əsl artım"la üzləşib. O cümlədən, 8,7 milyon yeni yoluxma gözlənilir.

UNAIDS direktoru qeyd edib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirməsinin aprel ayında bərpa olunacağı gözlənilsə də, HİV-ə qulluq mərkəzləri yenidən açılmaya bilər.

Hamısı ABŞ hökumətinin yeni tövsiyələrinə cavab verməyəcəkləri ilə bağlı narahatdır.

"ABŞ-ın maliyyələşdirməsinin qəfil dayandırılması bir çox klinikanın bağlanmasına, minlərlə tibb işçisinin işdən çıxarılmasına səbəb oldu" - deyə Byanyima bildirib.

O, ABŞ-ın maliyyələşdirməni azaltmaq istəməsinin ağlabatan olduğunu, lakin bunun tədricən həyata keçirilməli olduğunu söyləyib. Xilasedici yardımın qəfil dayandırılması ölkələrə, xüsusən Afrikaya, həm də Asiya və Latın Amerikasına dağıdıcı təsir göstərir.

UNAIDS direktoru həmçinin deyib ki, BMT digər hökumətlərdən maliyyə boşluğunu doldurmaq üçün çağırışları da “eşitməyib”.

UNAIDS-in məlumatına görə, 2023-cü ilə qədər dünyada təxminən 40 milyon insan HİV-lə yaşayır. Bu rəqəmdən təxminən 1,3 milyonu həmin il yoluxmuş və 630 min insan QİÇS-lə əlaqəli xəstəliklərdən dünyasını dəyişib.

Xatırladaq ki, daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq etmişdi ki, ABŞ-dan gələn xarici yardımın azalması səbəbindən səkkiz ölkə, o cümlədən Ukrayna HİV xəstələri üçün kritik dərman çatışmazlığı ilə üzləşə bilər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Messi daha bir rekord qırdı

Messi daha bir rekord qırdı

Serbiya hərbi obyektlərin gizlədilməsində İranın təcrübəsindən istifadə edəcək

Serbiya hərbi obyektlərin gizlədilməsində İranın təcrübəsindən istifadə edəcək

Venesuelada zəlzələdə 60 min bina dağılıb

Venesuelada zəlzələdə 60 min bina dağılıb

Aygün Kazımovanın qeyri-adi səhnə obrazı - VİDEO

Aygün Kazımovanın qeyri-adi səhnə obrazı - VİDEO

Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd olacaq?

Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd olacaq?

Putin: "Rusiya ordusunun Sumıya çatmasına 10,5 km qalıb" - FOTO

Putin: "Rusiya ordusunun Sumıya çatmasına 10,5 km qalıb" - FOTO

Moskva regionunda yanacaq böhranı dərinləşir - Sərt limitlər tətbiq olunur - FOTO

Moskva regionunda yanacaq böhranı dərinləşir - Sərt limitlər tətbiq olunur - FOTO

Bazardüzündə sıldırımdan yıxılan alpinist belə xilas edildi - VİDEO

Bazardüzündə sıldırımdan yıxılan alpinist belə xilas edildi - VİDEO

Fars News: “İran üçün atom bombası əldə etmək zərurətə çevrilib”

Fars News: “İran üçün atom bombası əldə etmək zərurətə çevrilib”

ABŞ-da meşə yanğını: 3 yanğınsöndürən həlak oldu, 2-si yaralandı - VİDEO

ABŞ-da meşə yanğını: 3 yanğınsöndürən həlak oldu, 2-si yaralandı - VİDEO

Sumqayıtda minik avtomobili restorana çırpıldı - FOTO

Sumqayıtda minik avtomobili restorana çırpıldı - FOTO

Çin temperaturu 100 milyon dərəcə selsidən çox olan GÜNƏŞ YARADIR - FOTO

Çin temperaturu 100 milyon dərəcə selsidən çox olan GÜNƏŞ YARADIR - FOTO

Rusiyanın iri neft emalı zavodunda güclü yanğın - ANBAAN VİDEO

Rusiyanın iri neft emalı zavodunda güclü yanğın - ANBAAN VİDEO

İsrailin maliyyə naziri: "Qərb sahilinə 1 milyon yəhudi köçkünü gətirmək istəyirik" - VİDEO

İsrailin maliyyə naziri: "Qərb sahilinə 1 milyon yəhudi köçkünü gətirmək istəyirik" - VİDEO

Rusiyada benzin növbəsində dava: Kişi qadınları döydü - VİDEO

Rusiyada benzin növbəsində dava: Kişi qadınları döydü - VİDEO

Dmitri Medvedev "Vahid Rusiya"nın seçki siyahısına salınmadı

Dmitri Medvedev "Vahid Rusiya"nın seçki siyahısına salınmadı

Rusiya dövlət televiziyasında Azərbaycana qarşı təxribat: "Rossiya-1" rəhbərliyi hara baxır? - VİDEO

Rusiya dövlət televiziyasında Azərbaycana qarşı təxribat: "Rossiya-1" rəhbərliyi hara baxır? - VİDEO

Levandovski ABŞ-ın "Çınikaqo Fayr" klubuna keçəcək

Levandovski ABŞ-ın "Çınikaqo Fayr" klubuna keçəcək

Türkiyə XİN İsrailin qondarma “erməni soyqırımı”nı tanımaq qərarını kəskin pislədi - FOTO

Türkiyə XİN İsrailin qondarma “erməni soyqırımı”nı tanımaq qərarını kəskin pislədi - FOTO

"Sabah" "Ferentsvaroş"la heç-heçə etdi

"Sabah" "Ferentsvaroş"la heç-heçə etdi

Dmitri Medvedev Putinin çıxışı zamanı yuxuya getdi - VİDEO

Dmitri Medvedev Putinin çıxışı zamanı yuxuya getdi - VİDEO

İran deputatı: "Casus Xameneinin yanında idi" - FOTO

İran deputatı: "Casus Xameneinin yanında idi" - FOTO

Xarkovda sənaye zonasına dron zərbəsi endirildi - VİDEO

Xarkovda sənaye zonasına dron zərbəsi endirildi - VİDEO

İran ətrafında gərginliyin artması Tehran-Vaşinqton danışıqlarını təxirə salıb

İran ətrafında gərginliyin artması Tehran-Vaşinqton danışıqlarını təxirə salıb

End of content

No more pages to load

RADİO