Ağ Evdə toydur, Kremlin xəbəri yox... – Trampın sülh ümidləri yavaş-yavaş PUÇ OLUR

Xəbər verdiyimiz kimi martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndələrinin görüşü keçirilib. Görüşdə Ukrayna tərəfi ABŞ-ın dərhal, müvəqqəti 30 günlük atəşkəs tətbiq etmək təklifini qəbul etməyə hazır olduğunu bildirib.

Qeyd edilib ki, nümayəndə heyətləri danışıqlar aparacaq qrupların təşkilinə və Ukraynanın uzunmüddətli təhlükəsizliyini təmin edən davamlı sülhə nail olmaq üçün dərhal danışıqlara başlamağa razılaşıblar. Həmçinin Zelenski və Tramp Ukraynanın mühüm mineral ehtiyatlarının işlənməsinə dair hərtərəfli sazişin tezliklə bağlanması barədə razılığa gəliblər.

Avropadan dəstək

Maraqlıdır ki, Avropa İttifaqı (Aİ) da Ukraynanın atəşkəs təklifini dəstəkləyir. Bu barədə "X" sosial şəbəkəsində Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta bildiriblər.

Onlar həmçinin bildiriblər ki, Aİ “qarşıdan gələn sülh danışıqlarında tərəfdaşlarla birlikdə tam rolunu oynamaq” niyyətindədir.

"Aİ Ciddədən ABŞ-Ukrayna danışıqları, o cümlədən atəşkəs təklifi və ABŞ-ın kəşfiyyat məlumatlarının verilməsi və hərbi yardımının bərpası ilə bağlı xəbərləri alqışlayır", - deyə onlar bildiriblər.

Onlar bu addımları “Ukraynada uzunmüddətli sülh üçün müsbət hadisə” hesab etdiklərini də vurğulayıblar.

Halbuki, ortada konkret nəsə yoxdur.

Sadəcə Tramp vəd verib ki, Putini atəşkəs sazişi imzalamağa razı salacaq. Bunun üçün ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya gedəcək. Putinin son nəticədə Trampın təşəbbüsünü dəstəkləyib, dəstəkləməyəcəyi bilinmir. Bu da bir başqa mövzudur.

Amma diqqət çəkən məqam odur ki, həm ABŞ, həm də Aİ atəşkəsin olmasını və ümumiyyətlə bu münaqişənin dayandırılmasın istəyir. Halbuki, bu münaqişənin yaradıcısı birmənalı şəkildə Qərbdir. 2000-ci ilin əvvəllərindən başlayaraq  Qərb Ukraynanı Rusiyaya qarşı müharibəyə təhrik edirdi. Sonda buna nail olundu. Ötən 3 ildə Qərb Ukraynaya 400 milyard dollara yaxın yardım edib. Bu qədər dəstəyin müqabilində isə Ukrayna müharibədə heç bir uğur qazanmayıb.

Əksinə, işğal olunan ərazilərin miqyası bir qədər də böyüyüb. Ölən və qaçqın düşənlərin sayı isə ağılagəlməz dərəcədə çoxdur. Bütün bunlardan sonra isə Qərb atəşkəs istəyir.

Qərb niyə atəşkəs istəyir?

Qərb Ukraynanı Rusiyaya qarşı müharibəyə təhrik etməklə təkcə Rusiyanı zəif salmaq istəmirdi. Əsas hədəf Ukraynanın özünü zəiflətmək və imkan olsa, parçalamaqdır. Çünki Ukrayna öz ərazisinə və təbii sərvətlərinə görə Qərbi və Orta Avropanın ən böyük dövlətidir.

Üstəlik, Ukrayna xalqı slavyan, əhalisinin böyük hissəsi provaslavdır. Bu iki məqam da Qərbi çox narahat edirdi. Əgər Ukrayna öz soydaşlarını-Rusiyanı seçsə idi, o zaman Qərb üçün çox böyük təhlükə yarana bilərdi. Üstəlik, Belarus xalqı da slavyandır. Nəzərə alaq ki, Avropada da xeyli sayda slavyan dövlətləri var. Bu qədər slavyan xalqının birliyi həm ABŞ, həm də Aİ üçün ciddi başağrısı ola bilərdi. Ona görə də Qərb klassik “parçala, hökm sür” siyasətini seçdi və slavyan xalqlarını bir-birinə düşmən etdi.

Bax, Ukrayna-Rusiya müharibəsinin başladılmasının əsas səbəbi budur.

Digər məsələ isə iqtisadi faktordur.

Ukraynanın təbii ehtiyatları 20 trilyon dollar civarındadır. Bu qədər sərvəti isə Qərb gözdən çıxarda bilməzdi. Ona görə də Qərb Ukraynanı müharibə labirintinə salaraq ilk növbədə ölkə iqtisadiyyatının zəifləməsinə və borclanmasına çalışdı. Buna da nail oldu. Hazırda Ukraynanın xarici borclarının həcmi 300 milyard dollar civarındadır. Zelenski iqtidarı da təbii ki, bu qədər borcu qaytarmaq iqtidarında deyil. Ona görə də yığılan və bundan sonra yaranacaq borcları geri almaq üçün Qərb Ukrayna qarşısında sözdə təbii sərvətlərin birgə istismarı şərtini irəli sürəcəkdi.

Tramp bu məsələdə bir qədər tələskənliyə yol verdi. Bu da onunla bağlıdır ki, Tramp Ukrayna sərvətlərini heç də Aİ ilə bölüşmək həvəsində deyil. Ona görə də məsələni konkret və qəti qoyub. Əgər Ukrayna sülh istəyirsə, təbii sərvətlərini ABŞ-la birgə istismar etməlidir və bu təklifə Zelenski də razıdır.

Bəs, Rusiya?

Vəziyyətə baxanda bir el misalı yada düşür: “Qız evində toydur, oğlan evinin xəbəri yoxdur”. Qərb atəşkəsi bayram etməyə hazırlaşsa da, Rusiya tərəfindən atəşkəslə bağlı hər hansı işarə belə yoxdur. Əksinə Rusiya aktiv döyüş mərhələsinə qədəm qoyur.

Belə ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Kursk vilayətində bir qrup qoşunun komanda məntəqəsinə hərbi formada gedib. Bu, Putinin müharibə başlayandan Kursk vilayətinə ilk səfəridir. Üstəlik, rus ordusu öz komandanını böyük qələbə coşqusu ilə qarşılayıb. Beləki, Kursk bölgəsindəki işğal altından olan ərazinin 84 faizin geri alınıb. Yəni, rus ordusunun əvvəlki sərhədlərə çıxacağı gün heç də uzaq kimi görünmür. Bu da o deməkdir ki, rəsmi Moskva  atəşkəs haqqında düşünmür.

Ona görə də Qərbin atəşkəs razılığına sevinməsi üçün çox tezdir.

Təbii ki, bu canfəşanlıq da yersiz deyil. Tramp çalışır ki, ən yaxın günlərdə Zelenskini təslimçi saziş masasına əyləşdirsin və Ukraynanın təbii sərvətlərinə əl qoysun. Bundan sonra da Rusiya ilə danışıqlar aparsın ki, sən artıq Ukrayna üçün yox, bizim sərvətlərimiz üçün təhdid yaradırsan.

Təbii ki, Ağ Evin sahibi Putinlə görüşə əli boş getməyəcək. Ən azından sanksiyalar yumşaldılacaq, rus qazı yenidən Avropaya axıdılacaq. Amma hər halda Putinin mövqeyi əsasdır.

Ona görə də Qərb atəşkəsin sevincini yaşamağa çox erkən başlayıb. Hətta BMT Baş katibi Antonio Quterreş də bayram havasına girib. O jurnalistlərə açıqlamasında deyib ki, Rusiya-Ukrayna münaqişəsində atəşkəs əldə edilsə, BMT bunu alqışlayacaq və atəşkəsin uzunmüddətli sülhə çevriləcəyinə ümid edəcək:

“Şübhəsiz ki, Ukraynada atəşkəsi alqışlayardıq, çünki çoxlu insan həlak olub. Atəşkəs, şübhəsiz ki, müsbət haldır və ümid edirik ki, bu, reallaşacaq və ədalətli sülhə yol açacaq”.

Hələ onu demirik ki, Zelenski də atəşkəs və daha sonra isə davamlı sülh üçün öz təkliflərini irəli sürüb. O bildirib ki, prezident kimi konstitusiyanı pozmayacaq, əksinə xalqını və torpağını, suverenliyi və müstəqilliyi müdafiə edəcək:

“Ukrayna işğal olunan əraziləri Rusiyanın bir hissəsi kimi tanımayacaq. Bu, Ukrayna üçün danışıqlarda “qırmızı xətt”dir”.

Göründüyü kimi ABŞ və Aİ Ukraynanın zəngin təbii sərvətlərinin xəyalını qursa da, hələlik ortada nə atəşkəs, nə də sülh sazişi var.

Bütün bunların fonunda isə Rusiya ABŞ-ın atəşkəs təklifini rədd edib. Bu da o deməkdir ki, “bu xəmir hələ çox su aparacaq...”

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şagird 7 gündən çox dərs buraxsa, valideyn 100 manat cərimələnəcək? - RƏSMİ AÇIQLAMA

Şagird 7 gündən çox dərs buraxsa, valideyn 100 manat cərimələnəcək? - RƏSMİ AÇIQLAMA

İlham Əliyev: “Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər”

İlham Əliyev: “Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər”

Prezident: “Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir”

Prezident: “Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir”

Çində restoran sahibi işçilərinə BMW hədiyyə etdi

Çində restoran sahibi işçilərinə BMW hədiyyə etdi

Prezident: “Laçında keçirilən tədbirlər bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi” – VİDEO

Prezident: “Laçında keçirilən tədbirlər bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi” – VİDEO

Azərbaycanda bu şəxslərə pulsuz üçotaqlı mənzil veriləcək – 1 milyon manat ayrılır

Azərbaycanda bu şəxslərə pulsuz üçotaqlı mənzil veriləcək – 1 milyon manat ayrılır

İlham Əliyev və Putin arasında tədbiröncəsi müzakirələr – FOTO

İlham Əliyev və Putin arasında tədbiröncəsi müzakirələr – FOTO

Prezident: “Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir”

Prezident: “Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir”

Prezident Xəzər Ekoloji Sammitində - FOTO

Prezident Xəzər Ekoloji Sammitində - FOTO

135 min nəfərlik nəhəng stadion inşa edilir

135 min nəfərlik nəhəng stadion inşa edilir

İlham Əliyev Türkmənbaşıda milli stendlərlə tanış oldu – FOTO

İlham Əliyev Türkmənbaşıda milli stendlərlə tanış oldu – FOTO

Bu kənddə qadınlar daha uzun yaşayır

Bu kənddə qadınlar daha uzun yaşayır

Prezidentin Türkmənistanda uşaqlarla səmimi görüşü – VİDEO

Prezidentin Türkmənistanda uşaqlarla səmimi görüşü – VİDEO

Ramil Əhmədin yeni şeir kitabı NƏŞR OLUNDU

Ramil Əhmədin yeni şeir kitabı NƏŞR OLUNDU

Belə pomidorları almayın

Belə pomidorları almayın

Nobel Sülh Mükafatı Navanethem Pillaya verildi - FOTO

Nobel Sülh Mükafatı Navanethem Pillaya verildi - FOTO

Çağırışçıların uçotunda səfirliklər də İŞTİRAK EDƏCƏK – QƏRAR

Çağırışçıların uçotunda səfirliklər də İŞTİRAK EDƏCƏK – QƏRAR

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Məktəblərlə bağlı YENİ MODEL – Hər uşağa görə vəsait AYRILACAQ

Məktəblərlə bağlı YENİ MODEL – Hər uşağa görə vəsait AYRILACAQ

İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü – FOTO

İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü – FOTO

Bakıda NATO-nun təlim kursu keçirilir – FOTO

Bakıda NATO-nun təlim kursu keçirilir – FOTO

ADY-nin Astara Terminalında yükaşırma göstəriciləri artdı – FOTO

ADY-nin Astara Terminalında yükaşırma göstəriciləri artdı – FOTO

Orta aylıq əmək haqqı 7,2% artdı

Orta aylıq əmək haqqı 7,2% artdı

Bu evlərə 1 yox 2 “kupça” veriləcək

Bu evlərə 1 yox 2 “kupça” veriləcək

End of content

No more pages to load

RADİO