Xəbər verdiyimiz kimi, ABŞ-da yaşayan dünyaca məşhur dələduzluq milyonçusu Den Bilzeryan Ermənistanın eks-prezidenti Robert Köçəryanın oğluxa0 və özxa0 ailə üzvləri ilə birgə sərbəst şəkildə dövlət sərhədimizi pozaraq Azərbaycanın işğal altındakı torpaqlarına gəlib.xa0
Moderator.azxa0 yazır ki, Xankəndindəki qondarma rejimə məxsus erməni nəşrlərinin yazdığına görə,xa0 “poker kralı” ləqəbli amerikalı ulduzxa0 ilk növbədə Xankəndi yaxınlığındakı hərbi poliqona baş çəkib və müxtəlif növ və kalibrli silahlardan atəş açıb.xa0xa0
Ermənistanda hərbi qeydiyyata düşməsindən danışan D.Bilzeryan bildirib ki, hərbi tərcübəsi var və öz vətəninəxa0 borcunu vermək onun üçün böyük şərəf olar.
Qumarbaz milyonçunun atası və qardaşı da Qarabağa səfərindən məmnun olduqlarını söyləyiblər.
“Burada hər şey yaxşıdır. Pis yalnız odur ki, azərbaycanlılar daim erməniləri qorxu və təhlükə içərisində saxlayırlar...”-deyə “poker kralı”nın qardaşı Adam Bilzeryan bildirib...
Sultan Laçın
