İraqda ortaq tarixi irsə həsr olunmuş elmi konfrans keçirilib – FOTO

24 fevral 2025 Azərbaycan Beynəlxalq İnkişaf Assosiasiyasının (EIDA) həmtəşkilatçılığı ilə İraqın Tel-Afər və Kərbəla şəhərlərində Azərbaycanı və İraqı təmsil edən alim və araşdırmaçıların iştirakı ilə Azərbaycan və İraq türkmanlarının ortaq mədəniyyət və dövlətçilik tarixinə, Azərbaycan dövlətçilik tarixində İraq türkmanlarının roluna həsr olunmuş silsilə tədbirlər keçirilib.

Bizim.Media xəbər verir ki, İraqın türkmanlar yaşayan Tel-Afər şəhərində əvvəlcə şəhər meriyasının tərəfdaşlığı ilə valilik binasında dəyirmi masa, daha sonra “Türkman Cəbhəsi”nin Nineva vilayəti nümayəndəliyinin tərəfdaşlığı ilə qurumun Tel-Afər nümayəndəliyində simpozium keçirilib. 

Daha bir simpozium Kərbəla şəhərində İmam Hüseyn ziyarətgah kompleksinin Elmi Araşdırmalar mərkəzində kompleksin tərəfdaşlığı ilə keçirilib.

Tədbirlərdə AMEA Tarix və Etnologiya İnstitutunun şöbə müdiri Tofiq Nəcəfli, AMEA Şərqşünaslıq İnstitutunun şöbə müdiri Elnur Mustafayev, Azərbaycan İlahiyyat İnstitutunun dosenti Aslan Həbibov, AMEA Dilçilik İnstitutunun əməkdaşı Orxan İsayev, Dini Araşdırmalar Mərkəzinin direktoru Natiq Rəhimov və başqaları, İraq tərəfdən türkman əsilli tarixçilər, araşdırmaçılar, ədəbiyyatçılar elmi məruzələrlə çıxış ediblər.
 

Elmi məruzələrdə ortaq tarixi irsin əks olunduğu Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövlətlərinin yaranması və inkişaf etməsində İraq türkmanlarının oynadığı roldan, həmin dövrdə tarixi şəxsiyyətlərin fəaliyyətindən, ortaq tarixi irsdən, Azərbaycan-İraq münasibətlərində türkman amilindən bəhs edilib.


Məruzəçilər öz çıxışlarında bu cür tədbirlərin iki ölkə arasında elmi əməkdaşlıq baxımdan xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.

Səfər çərçivəsində Azərbaycandan olan qonaqlar İraqdakı digər elmi, ictimai mərkəzlərin nümayəndələri ilə də görüşlər keçiriblər.

Qeyd etmək lazımdır ki, artıq bir neçə ildir, EIDA -nın həmtəşkilatçılığı ilə İraqda türkman mədəni irsinin qorunmasına yönəlik müxtəlif tədbirlər həyata keçirilməkdədir.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DİN-dən kirayəyə ev axtaran tələbələrə MÜRACİƏT: "Təcili beh göndərin" ifadələrinə inanmayın

DİN-dən kirayəyə ev axtaran tələbələrə MÜRACİƏT: "Təcili beh göndərin" ifadələrinə inanmayın

Ukrayna Yaroslavlda neft emalı zavodunu vurdu – VİDEO

Ukrayna Yaroslavlda neft emalı zavodunu vurdu – VİDEO

Göyçayda ƏMƏLİYYAT: Saxlanılan var – VİDEO

Göyçayda ƏMƏLİYYAT: Saxlanılan var – VİDEO

4 bürc sentyabrda pul yağışına düşəcək

4 bürc sentyabrda pul yağışına düşəcək

Bu tarakan bir gün həyatınızı xilas edə bilər

Bu tarakan bir gün həyatınızı xilas edə bilər

Gəncədə 78 yaşlı kişi eyvandan yıxılaraq həyatını itirdi

Gəncədə 78 yaşlı kişi eyvandan yıxılaraq həyatını itirdi

Qiyabi təhsil alanlara da hərbi çağırışdan möhlət hüququ veriləcək?

Qiyabi təhsil alanlara da hərbi çağırışdan möhlət hüququ veriləcək?

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

"Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan AÇIQLAMA

"Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan AÇIQLAMA

Fəlakətdə ölən şəxsin meyitini taladılar – Video

Fəlakətdə ölən şəxsin meyitini taladılar – Video

Aktrisaya görə Ülviyyə İlyasovanın cəzası artırıldı

Aktrisaya görə Ülviyyə İlyasovanın cəzası artırıldı

Misralardan hörülən MƏDƏNİ KÖRPÜ - Biri Azərbaycanın, o biri Özbəkistanın ilk qadın Xalq şairi

Misralardan hörülən MƏDƏNİ KÖRPÜ - Biri Azərbaycanın, o biri Özbəkistanın ilk qadın Xalq şairi

47 il sonra yeni dövrün başladığını belə göstərdi - Video

47 il sonra yeni dövrün başladığını belə göstərdi - Video

Azərbaycanın bu şəhəri paytaxt olacaq?

Azərbaycanın bu şəhəri paytaxt olacaq?

Sumqayıtda BMW üç avtomobilə çırpılıb aşdı – Xəsarət alanlar var – VİDEO

Sumqayıtda BMW üç avtomobilə çırpılıb aşdı – Xəsarət alanlar var – VİDEO

Məğlubiyyətdən sonra canlı yayımda istefa verdi - Video

Məğlubiyyətdən sonra canlı yayımda istefa verdi - Video

Şəkidə AĞIR QƏZA – Yaralılar var

Şəkidə AĞIR QƏZA – Yaralılar var

Mirşahin Qurban Qurbanovdan yazdı

Mirşahin Qurban Qurbanovdan yazdı

Qadınlarda kişiləşmə gedir? – Həkim qadın keçəlləşməsinin səbəblərini AÇIQLADI

Qadınlarda kişiləşmə gedir? – Həkim qadın keçəlləşməsinin səbəblərini AÇIQLADI

Yasamal və Nərimanov bu gün də İŞIQSIZ QALACAQ

Yasamal və Nərimanov bu gün də İŞIQSIZ QALACAQ

BİZİM TƏQVİM: 28 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 28 avqustda baş vermiş tarixi hadisələr

Bu 3 BÜRC zəhmətinin bəhrəsini görəcək

Bu 3 BÜRC zəhmətinin bəhrəsini görəcək

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi – FOTO

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi – FOTO

Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? - VİDEO

Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? - VİDEO

End of content

No more pages to load

RADİO