Almaniyada növbədənkənar federal seçkilər: Şoltsun partiyası qalib gələcəkmi?

Bu gün Almaniyada federal parlamentə - Bundestaqa seçkilər keçirilir.

Bizim.Media xəbər verir ki, ölkədə səsvermə hüququ olan 59,2 milyon nəfər yerli vaxtla saat 8:00-dan 18:00-dək məntəqələrə gələrək səs verəcəklər.

Almaniyada hər seçici iki səs verir. “Erstimme” adlanan birinci səsi vətəndaş seçki dairəsi üzrə birbaşa namizəd üçün verir və ən çox səs alan namizəd Bundestaqa üzv seçilir.

“Zweitstimme” adlanan ikinci səs isə partiyalara verilir və parlamentdə partiyaların təmsilçiliyini müəyyən edir. Partiya Bundestaqa daxil olmaq üçün ən azı 5 faiz səs toplamalı və ya 3 birbaşa mandat qazanmalıdır. Ölkənin seçki sistemində ötən il aparılan islahatlardan sonra təşkil olunan bu ilk səsvermə nəticəsində parlamentdə deputat sayı 733-dən 630-dək azalacaq.
 

Növbədənkənar parlament seçkilərində iştirak üçün 41 partiya müraciət etsə də, ancaq 29 partiya lazımi sayda imzası toplayaraq seçkilərə qatılmaq hüququ qazanıb. Seçkiqabağı rəy sorğularının nəticələrinə görə ilk sıralarda Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqıdır (CDU/CSU).


Bu partiyanın əsas namizədi Fridrix Mertsin yeni formalaşdırılacaq hökumətdə Kansler olacağı proqnozlaşdırılır. Partiyanın dəstəkçiləri əsasən dindar və kənd yerlərində yaşayan əhali, sənayeçilər, xırda biznes sahibləridir. 1945-ci ildə qurulan partiya uzun müddət Almaniyanın siyasi həyatında öz nüfuzunu qoruyub. Almaniyanın siyasi həyatında dərin izlər qoymuş kanslerlər Konrad Adenauer (1949-1963), Helmut Kohl (1982-1998), Angela Merkel (2005-2021) bu partiyanı təmsil ediblər.

Hazırkı Kansler Olaf Şoltsun təmsil etdiyi Sosial Demokratlar Partiyasının (SPD) sosial bazasını işçilər, həmkarlar ittifaqlarının üzvləri təşkil edir.

Almaniyanın ən qədim partiyası (1875) olan SPD xüsusən ölkənin qərbində sənayenin güclü inkişaf etdiyi əyalətlərdə daha populyardır. Partiya 2021-ci ildəki seçkilərdə 25,7 faiz səslə birinci olmuşdu.

Rəy sorğularının nəticələrinə əsasən ikinci partiya olan ifrat sağçı Almaniya üçün Alternativ (AfD) 2013-cü ildə təsis olunmasına baxmayaraq, ötən müddətdə sosial bazasını sürətlə genişləndirib. Sosial dayaqları Şərqi Almaniyada çox güclü olan AfD-nin Kansler vəzifəsinə namizədi 45 yaşlı Alis Vaydeldir.

Yaşıllar partiyası da seçkilərdə mübarizə aparan əsas partiyalardandır. Partiya 1980-ci illərdə, xüsusilə Çernobıl faciəsindən sonra nüvə enerjisinin ləğv edilməsi üçün yaranan sosial etirazlar şəraitində formalaşıb.

Yaşılların Kansler vəzifəsinə namizədi hazırkı vitse-kansler Robert Habekdir. Almaniyanın xarici işlər naziri Annalena Berbok da bu partiyanı təmsil edir.

Koalision hökumətin çöküşünə səbəb olan neoliberal mövqeli Azad Demokratlar Partiyasının (FDP) da Almaniyanın siyasi tarixində xüsusi yeri var. Partiya müxtəlif dövrlərdə koalision hökumətlərdə fəal şəkildə yer alıb.
 

Ötən ilin sonunda aparılan rəy sorğularının nəticələrinə əsasən parlamentə daxil olacağı ehtimal edilməyən Sol Partiya aradan ötən qısa müddətdə sosial bazasını xeyli genişləndirib. Almaniya ordusunun ölkəxarici əməliyyatlarda iştirakına qarşı çıxan partiya ölkənin NATO-dan da çıxmasını müdafiə edir.


Keçən il Sol Partiyadan ayrılanlar tərəfindən təsis edilən Sahra Vaqenknext İttifaqının (BSW) sosial bazasını əsasən Sol Partiyanın və AfD-nin Almaniyanın şərqində yaşayan sabiq seçiciləri təşkil edir.

Qeyd edək ki, ölkə Konstitusiyasına əsasən, yeni seçiləcək Bundestaq seçkidən sonra 30 gün ərzində (martın 25-dək) toplanmalıdır. İlk iclasda Bundestaqın sədri və müavinləri seçiləcək, daxili qaydalar müəyyənləşdiriləcək. Hazırkı hökumət həmin vaxtadək fəaliyyətini davam etdirsə də, yeni qanunların qəbulu kimi mühüm qərarları qəbul edə bilməyəcək.

Xatırladaq ki, sentyabrın 28-də keçirilməli olan federal seçkilər koalision hökumətin dağılması ilə fevralın 23-nə təyin olunmuşdu.

SPD, Yaşıllar və FDP-dən ibarət koalision hökumət 2024-cü ildə dağıldıqdan sonra Kansler Olaf Şolts dekabrın 16-da parlamentdə etimad səsverməsi keçirmişdi. Səsvermədən sonra hökumətə etimad göstərilmədiyi üçün Prezident Frank-Valter Ştaynmayer Bundestaqı buraxdı və yeni seçkilər üçün vaxt təyin etdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DİN-dən kirayəyə ev axtaran tələbələrə MÜRACİƏT: "Təcili beh göndərin" ifadələrinə inanmayın

DİN-dən kirayəyə ev axtaran tələbələrə MÜRACİƏT: "Təcili beh göndərin" ifadələrinə inanmayın

Ukrayna Yaroslavlda neft emalı zavodunu vurdu – VİDEO

Ukrayna Yaroslavlda neft emalı zavodunu vurdu – VİDEO

Göyçayda ƏMƏLİYYAT: Saxlanılan var – VİDEO

Göyçayda ƏMƏLİYYAT: Saxlanılan var – VİDEO

4 bürc sentyabrda pul yağışına düşəcək

4 bürc sentyabrda pul yağışına düşəcək

Bu tarakan bir gün həyatınızı xilas edə bilər

Bu tarakan bir gün həyatınızı xilas edə bilər

Gəncədə 78 yaşlı kişi eyvandan yıxılaraq həyatını itirdi

Gəncədə 78 yaşlı kişi eyvandan yıxılaraq həyatını itirdi

Qiyabi təhsil alanlara da hərbi çağırışdan möhlət hüququ veriləcək?

Qiyabi təhsil alanlara da hərbi çağırışdan möhlət hüququ veriləcək?

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

"Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan AÇIQLAMA

"Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan AÇIQLAMA

Fəlakətdə ölən şəxsin meyitini taladılar – Video

Fəlakətdə ölən şəxsin meyitini taladılar – Video

Aktrisaya görə Ülviyyə İlyasovanın cəzası artırıldı

Aktrisaya görə Ülviyyə İlyasovanın cəzası artırıldı

Misralardan hörülən MƏDƏNİ KÖRPÜ - Biri Azərbaycanın, o biri Özbəkistanın ilk qadın Xalq şairi

Misralardan hörülən MƏDƏNİ KÖRPÜ - Biri Azərbaycanın, o biri Özbəkistanın ilk qadın Xalq şairi

47 il sonra yeni dövrün başladığını belə göstərdi - Video

47 il sonra yeni dövrün başladığını belə göstərdi - Video

Azərbaycanın bu şəhəri paytaxt olacaq?

Azərbaycanın bu şəhəri paytaxt olacaq?

Sumqayıtda BMW üç avtomobilə çırpılıb aşdı – Xəsarət alanlar var – VİDEO

Sumqayıtda BMW üç avtomobilə çırpılıb aşdı – Xəsarət alanlar var – VİDEO

Məğlubiyyətdən sonra canlı yayımda istefa verdi - Video

Məğlubiyyətdən sonra canlı yayımda istefa verdi - Video

Şəkidə AĞIR QƏZA – Yaralılar var

Şəkidə AĞIR QƏZA – Yaralılar var

Mirşahin Qurban Qurbanovdan yazdı

Mirşahin Qurban Qurbanovdan yazdı

Qadınlarda kişiləşmə gedir? – Həkim qadın keçəlləşməsinin səbəblərini AÇIQLADI

Qadınlarda kişiləşmə gedir? – Həkim qadın keçəlləşməsinin səbəblərini AÇIQLADI

Yasamal və Nərimanov bu gün də İŞIQSIZ QALACAQ

Yasamal və Nərimanov bu gün də İŞIQSIZ QALACAQ

BİZİM TƏQVİM: 28 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 28 avqustda baş vermiş tarixi hadisələr

Bu 3 BÜRC zəhmətinin bəhrəsini görəcək

Bu 3 BÜRC zəhmətinin bəhrəsini görəcək

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi – FOTO

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi – FOTO

Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? - VİDEO

Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? - VİDEO

End of content

No more pages to load

RADİO