Rusiyada axtarışda olan bakılı haqda YENİ QƏRAR - FOTO

Rusiyada məhkəmə “Nə? Harada? Nə vaxt?" intellektual yarışmasının üzvü olmuş Rövşan Əsgərova 130 min rubl məbləğində cərimələrin ödənilməməsi ilə bağlı yeni araşdırma başladıb. 

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, sonuncu belə araşdırma bu ilin fevralında başlayıb.

Əvvəllər məhkəmə Əsgərovu 3 dəfə cərimələyib. Belə ki, 2023-cü ilin sentyabr və avqust aylarında məhkəmə icraçıları ona 40 min rubl cərimə kəsib. 2024-cü ilin yanvarında azərbaycanlı bu dəfə "xarici agentlər haqqında" qanunvericiliyə uyğun olaraq 50 min rubl cərimə olunub.

Agentliyin mənbəsi bildirib ki, ödənilməmiş borclarla əlaqədar Əsgərovun Rusiyadakı bütün hesabları dondurulub.

Yada salaq ki, 2025-ci ilin yanvarında “Rosfinmonitorinq” R.Əsgərovu “ekstremistlər və terrorçular siyahısına” daxil edib. Rusiya Ədliyyə Nazirliyi onu 2022-ci ilin dekabrında “xarici agent” elan edib. R.Əsgərov 2022-ci ilin mayında Rusiyanı tərk edib. Bir neçə gün sonra R.Əsgərov barəsində qiyabi həbs qərarı verilib.Hazırda onun harada olması haqda dəqiq bilgi yoxdur.

Bəs Rövşən Əsgərovun ölkədən getməsinə səbəb olan yazı nədir? Xatırladaq ki, söhbət ondan başlayıb ki, Rövşən sosial şəbəkələrdə öz səhifəsində marşal Jukov haqqında “oğru”, “təcrübəli talançı” kimi ifadələr yazıb. Rusiya İstintaq Komitəsi ona qarşı nasizmin reabilitasiyası maddəsi ilə cinayət işi açıb. Dövlət Tarix Muzeyi də Jukova qarşı ifadələrinə görə məhkəməyə müraciət edib, Rövşən Əsgərov axtarışa verilib. Rusiya mənbələri iddia edirlər ki, həmin vaxt Rövşən Azərbaycanda olub.

O, bildirib ki, onun yazısında heç bir böhtan, o cümlədən nasizmin reabilitasiyası yoxdur, çünki onun yazdıqları məlumatlar ictimaiyyətə açıqdır və sirr deyil.
 

Qeyd edək ki, Rövşən Əsgərov 1972-ci il mayın 4-də Bakıda ziyalı ailəsində anadan olub. Rövşənin atası tanınmış azərbaycanlı rəssam Ənvər Əsgərovdur. Məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi olub.


O, dissertasiyasını ən yüksək qiymətlərlə yazıb, aspiranturada təhsilini davam etdirib və sonda namizədlik dissertasiyasını müdafiə edib, lakin jurnalistikanı əsas məşğuliyyəti kimi seçib. 1998-ci ildə Maksim Potaşevin komandasında ilk dəfə “Nə? Harada? Nə vaxt?" klubunda debüt edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DİN-dən kirayəyə ev axtaran tələbələrə MÜRACİƏT: "Təcili beh göndərin" ifadələrinə inanmayın

DİN-dən kirayəyə ev axtaran tələbələrə MÜRACİƏT: "Təcili beh göndərin" ifadələrinə inanmayın

Ukrayna Yaroslavlda neft emalı zavodunu vurdu – VİDEO

Ukrayna Yaroslavlda neft emalı zavodunu vurdu – VİDEO

Göyçayda ƏMƏLİYYAT: Saxlanılan var – VİDEO

Göyçayda ƏMƏLİYYAT: Saxlanılan var – VİDEO

4 bürc sentyabrda pul yağışına düşəcək

4 bürc sentyabrda pul yağışına düşəcək

Bu tarakan bir gün həyatınızı xilas edə bilər

Bu tarakan bir gün həyatınızı xilas edə bilər

Gəncədə 78 yaşlı kişi eyvandan yıxılaraq həyatını itirdi

Gəncədə 78 yaşlı kişi eyvandan yıxılaraq həyatını itirdi

Qiyabi təhsil alanlara da hərbi çağırışdan möhlət hüququ veriləcək?

Qiyabi təhsil alanlara da hərbi çağırışdan möhlət hüququ veriləcək?

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

"Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan AÇIQLAMA

"Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan AÇIQLAMA

Fəlakətdə ölən şəxsin meyitini taladılar – Video

Fəlakətdə ölən şəxsin meyitini taladılar – Video

Aktrisaya görə Ülviyyə İlyasovanın cəzası artırıldı

Aktrisaya görə Ülviyyə İlyasovanın cəzası artırıldı

Misralardan hörülən MƏDƏNİ KÖRPÜ - Biri Azərbaycanın, o biri Özbəkistanın ilk qadın Xalq şairi

Misralardan hörülən MƏDƏNİ KÖRPÜ - Biri Azərbaycanın, o biri Özbəkistanın ilk qadın Xalq şairi

47 il sonra yeni dövrün başladığını belə göstərdi - Video

47 il sonra yeni dövrün başladığını belə göstərdi - Video

Azərbaycanın bu şəhəri paytaxt olacaq?

Azərbaycanın bu şəhəri paytaxt olacaq?

Sumqayıtda BMW üç avtomobilə çırpılıb aşdı – Xəsarət alanlar var – VİDEO

Sumqayıtda BMW üç avtomobilə çırpılıb aşdı – Xəsarət alanlar var – VİDEO

Məğlubiyyətdən sonra canlı yayımda istefa verdi - Video

Məğlubiyyətdən sonra canlı yayımda istefa verdi - Video

Şəkidə AĞIR QƏZA – Yaralılar var

Şəkidə AĞIR QƏZA – Yaralılar var

Mirşahin Qurban Qurbanovdan yazdı

Mirşahin Qurban Qurbanovdan yazdı

Qadınlarda kişiləşmə gedir? – Həkim qadın keçəlləşməsinin səbəblərini AÇIQLADI

Qadınlarda kişiləşmə gedir? – Həkim qadın keçəlləşməsinin səbəblərini AÇIQLADI

Yasamal və Nərimanov bu gün də İŞIQSIZ QALACAQ

Yasamal və Nərimanov bu gün də İŞIQSIZ QALACAQ

BİZİM TƏQVİM: 28 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 28 avqustda baş vermiş tarixi hadisələr

Bu 3 BÜRC zəhmətinin bəhrəsini görəcək

Bu 3 BÜRC zəhmətinin bəhrəsini görəcək

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi – FOTO

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi – FOTO

Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? - VİDEO

Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? - VİDEO

End of content

No more pages to load

RADİO